Təlimə qeydiyyat: Clopos Academy istifadə təlimatı

Clopos sistemini sıfırdan, peşəkar səviyyədə öyrənmək istəyənlər üçün rəsmi təhsil platforması academy.clopos.com fəaliyyət göstərir. Bu platforma üzərindən qeydiyyatdan keçir, profilinizi doldurur və sizə uyğun təlimə yazıla bilərsiniz.


Platformaya daxil olmaq
İlk addım olaraq telefon və ya kompüter üzərindən academy.clopos.com ünvanına daxil olun. Açılan qarşılama səhifəsində platforma haqqında ümumi məlumat və Ödənişsiz qeydiyyat düyməsi yer alır. Qeydiyyata başlamaq üçün həmin düyməyə klik edin.

Hesab yaratmaq
Açılan qeydiyyat pəncərəsində məlumatlarınızı düzgün daxil edin: ad, soyad, ata adı, mobil nömrə, e-poçt və parol. Sonra Qeydiyyatdan keç düyməsinə klik edin.


💡 Mobil nömrənizə təsdiq kodu göndəriləcəyi üçün aktiv nömrə və düzgün e-poçt ünvanı yazmağınız mütləqdir.


Nömrənin təsdiqlənməsi (SMS)
Qeydiyyatdan keçdikdən sonra qeyd etdiyiniz mobil nömrəyə 6 rəqəmli təsdiq kodu gəlir. Həmin kodu SMS təsdiqi ekranındakı xanaya daxil edin və Təsdiqlə düyməsinə basın. Əgər kod gəlməzsə, Kodu yenidən göndər seçimindən istifadə edə bilərsiniz.

Kod təsdiqləndikdən sonra sistem sizi avtomatik olaraq giriş səhifəsinə yönləndirir. Qeyd etdiyiniz məlumatlarla daxil olduqda platformanın qarşılama səhifəsi açılır və sizə sayt haqqında qısa məlumat təqdim olunur.


Profil məlumatlarının doldurulması
Davam et dedikdən sonra profil məlumatlarınızı doldurmağınız tələb olunur: doğum tarixi, cinsiyyət və fəaliyyət sektoru. Ən vacib məqam budur — əgər Clopos ilə əməkdaşlıq edirsinizsə, İş yeri (brend) xanasına brendinizin adını düzgün yazmalısınız. Brendin adını yazmağa başladıqda sistemdə qeydiyyatdan keçmiş brendlər sizə təklif olunur; siyahıda yoxdursa, özünüz yazırsınız (mentor sonradan təsdiqləyir).

Brendi seçdikdən sonra İş yerində vəzifən adlı əlavə bölmə açılır — onu da düzgün qeyd etməlisiniz. Əgər heç bir brendlə əməkdaşlıq etmirsinizsə, "Sərbəst öyrənirəm" seçimini aktiv edin. Məlumatları doldurduqdan sonra Davam et düyməsinə basın.


Təlim növünün seçilməsi
Qeydiyyat tamamlandı — artıq təlimlərə qoşula bilərsiniz. Bunun üçün sol üst hissədəki menyuya daxil olun və sizə uyğun təlim növünü seçin.


Hazırda üç təlim növü mövcuddur:

  • Birincisi, Qrup təlimi — ödənişsiz şəkildə Clopos ofisində keçirilir.
  • İkincisi, Vebinar (online təlim) — cümə (5-ci) günləri online formada keçirilir.
  • Üçüncüsü, Fərdi təlim — ödənişli olur; müştərinin istəyinə görə məkanda və ya Clopos ofisində keçirilir.

Təlimə qeydiyyatın tamamlanması
Sizə uyğun təlim növünü seçin. Məsələn, Qrup təliminə daxil olduqda sizi qeydiyyat səhifəsi qarşılayır. Burada əvvəlcə sizə uyğun təlim dilinisektoru seçirsiniz, ardınca mövcud sessiyalardan (tarixlərdən) sizə uyğun olanı seçirsiniz.

Səhifəni bir az aşağı sürüşdürdükdən sonra təmsil etdiyiniz iş yerini təsdiqləyib Qeydiyyatı tamamla düyməsinə klik edirsiniz.


💡 Əgər profilinizdə iş yeri qeyd olunmayıbsa, sistem sizə xəbərdarlıq verəcək — bu halda əvvəlcə profildə iş yeri əlavə etməli və ya "sərbəst rejimə" keçməlisiniz.



Bütün addımları yerinə yetirdikdən sonra ekranda "Qeydiyyat tamamlandı!" bildirişi görünür. Bu o deməkdir ki, təlimə uğurla yazıldınız. İndi sizə qalan yalnız təyin olunmuş gün və saatda təlim məkanında olmaqdır.

💡 Təlim məkanı: Clopos ofisi — Bakı şəhəri, Sabit Orucov küçəsi 13. Ünvanı birbaşa qeydiyyat səhifəsindəki Xəritədə aç düyməsi ilə xəritədə görə bilərsiniz.

Yeniləndi: 01/09/2026

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!