Müştəri axtarış parametrləri
Bu bölmə nə üçün lazımdır?
Kassir terminalda müştəri axtararkən sistem hansı sahələrə görə axtarış aparacağını və nəticələrin necə göstəriləcəyini Müştəri axtarış parametrləri bölməsindən tənzimləmək mümkündür. Bu parametrlər düzgün qurulduqda kassir müştərini daha sürətli tapır — xüsusilə böyük müştəri bazasına sahib müəssisələrdə axtarış vaxtı əhəmiyyətli dərəcədə azalır.
Parametrlərə daxil olmaq üçün arxa paneldə Tənzimləmələr → Terminal → Müştəri axtarış parametrləri bölməsinə keçin.
Müştəri axtarış sahələri
Bu parametr kassirin terminalda müştəriləri hansı sahələrə görə axtara biləcəyini müəyyən edir.
Açılan menyusundan bir və ya bir neçə sahə seçmək mümkündür:
- Hamısı — bütün mövcud sahələr üzrə axtarış aparılır (standart seçim).
- Yalnız müəyyən sahələr üzrə axtarış aparmaq istəyirsinizsə, həmin sahələri ayrıca seçin.

Müştəri axtarış rejimi
Bu parametr axtarış nəticələrinin necə uyğunlaşdırılacağını müəyyən edir.
3 seçim var
- Tam axtarış (içərisindədir) - Ad sahəsi həmişə "içərisindədir" rejiminə uyğun işləyir — bu rejim dəyişdirilə bilməz.
- Əvvəldən
- Sonundan

Müştərilərin idarə olunması mövzusunda daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı məqalələri oxumağınızı tövsiyə edirik:
Müştəri yaratmaq
Müştəri qrupu yaratmaq
Müştəriləri Sistemə İmport Etmək
Müştəri idarəetməsi
Yeniləndi: 24/06/2026
Təşəkkürlər!