Silinmiş əməkdaşların bərpası
Clopos sistemində silinmiş əməkdaşların bərpası
Clopos sistemində silinmiş əməkdaşları (istifadəçiləri) bərpa etmək mümkündür. Bu funksiya, xüsusilə məhsulun səhvən silindiyi hallarda məlumat itkisinin qarşısını almaq və məhsulu yenidən sıfırdan yaratmağa ehtiyac qalmaması üçün nəzərdə tutulub.
Clopos arxa panelinə (admin panelinə) daxil olun.Sol menyudan Əməkdaş → İstifadəçilər bölməsinə keçin.Səhifənin yuxarı sağ tərəfində yerləşən “Silinmiş” filtrinə klik edin.

Bərpa etmək istədiyiniz əməkdaşın sətrinin sağ tərəfindəki üç nöqtə (…) menyusuna klik edin.Açılan menyudan “Bərpa et” seçiminə basın.

Əməkdaş dərhal İstifadəçilər siyahısına qayıdacaq və yenidən aktiv status alacaq.

İcazənin aktiv edilməsi
Silinmiş elementlərin bərpası üçün istifadəçi rolunda müvafiq icazə aktiv olmalıdır.
Bunun üçün:
Əməkdaş → **Vəzifələr bölməsinə daxil olun. Əməkdaşınızın vəzifəsini tapın və üç nöqtəyə klikləyərək **“Dəyişdir” seçin. Daha sonra bölmədə “Silinmiş elementlərin idarə olunması” icazəsi aktiv edilməlidir.

Bu icazə olmadan istifadəçi:
- Silinmiş elementləri görə bilməz
- Onları bərpa edə bilməz
- Silinmişlər bölməsini idarə edə bilməz
Əgər bərpa seçimi görünmürsə, sistem administratoru tərəfindən bu icazənin aktiv olub-olmadığını yoxlamaq tövsiyə olunur.
Yeniləndi: 25/02/2026
Təşəkkürlər!