Məqalələr: Terminal
Bu məqalə də mövcuddur:

Əlavə xidmət haqqının tərtib edilməsi

Əlavə xidmət haqqı faizləri necə istifadə edilir?

Clopos sistemində xidmət haqqının əlavə edilməsi və tətbiqi funksiyası ilə artıq tanışsınız. Lakin bəzi hallarda eyni xidmət formatı üçün fərqli xidmət haqqı faizlərinə ehtiyac yarana bilər. Məsələn, banket, servis, xüsusi tədbir və ya fərqli xidmət növləri üçün müxtəlif faizlər tətbiq etmək tələb oluna bilər.

Bu ehtiyacı nəzərə alaraq hazırlanmış “Əlavə xidmət haqqı faizləri” funksiyası vasitəsilə terminal üzərindən əvvəlcədən təyin edilmiş bir neçə xidmət haqqı faizindən istənilən birini seçmək mümkündür. Bu yanaşma xidmət haqqının tətbiqini daha rahat, çevik və praktik şəkildə idarə etməyə imkan verir.

Əlavə xidmət haqqını terminalda istifadə edə bilmək üçün ilk olaraq həmin faiz dəyərlərinin sistemdə təyin edilməsi lazımdır.

Bunun üçün:

Arxa panel → Tənzimləmələr → Terminal → Xidmət haqqının hesablanması bölməsinə daxil olursunuz və burada əlavə xidmət haqqı faiz dəyərlərini seçirsiniz (məsələn: 4%, 10%, 15%).

Bu addımlardan sonra seçilmiş xidmət haqqı faizləri terminalda aktiv olacaq və ehtiyacınıza uyğun olaraq istifadə edilə biləcək.


  • Seçdiyimiz xidmət haqqı faizləri, terminalda seçilə bilən variantlar kimi görünəcək. 
  • Satış zamanı əməkdaşınız uyğun xidmət haqqı faizini seçərək tətbiq edə biləcək 



 

💡  Bu funksiyanın terminalda görünməsi və istifadəsi üçün istifadəçi vəzifəsində “Qəbzdə xidmət haqqını dəyişdirin” icazəsi aktiv olmalıdır.  




Yeniləndi: 20/01/2026

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!