Hesabat yarat
Hesabata baxmaq üçün Satış Terminalında üst menyudan "3 xətt" → "Hesabat yarat" buttonuna daxil oluruq.
Açılan pəncərədə müvafiq xanalardakı bəndləri istəyə uyğun olaraq seçib hesabat çıxara bilərsiniz.
- Tarix- Avtomatik olaraq sistem üzərində qeyd edilmiş işin başlanğıc saatı və tarix aralığı qeyd edilmiş olur. İstəyə uyğun olaraq tarix və saat intervalını dəyişə bilərsiniz.
Terminal - Terminallara uyğun hesabat çıxarılır. Satışlar hansı terminalda edilibsə o terminalın hesabatına aid ediləcək. Misal üçün, "Terminal 1" seçildikdə, "Terminal 1" üzrə açılmış bütün çeklərin hesabatı gələcək.
Hesabat növü - hesabat növünü seçə bilərsiniz. Seçdiyiniz tarix aralığında burada seçdiyiniz hesabat növü üzrə satışları görəcəksiniz.
- Əməliyyatlar və Hesablar:
Əməliyyatlar - aktiv edildikdə, arxa paneldə və ya terminalda Kassa hesabında edilmiş maliyyə əməliyyatlarını hesabatda əks etdirəcək.
Hesablar - aktiv edildikdə isə yalnız, kassa maliyyə hesabını görəcəksiniz.
Sizə lazım olan funksiyaları aktiv etdikdən sonra, aşağıda qeyd olunan "Hesabat yarat" buttonuna klikləməlisiniz. Hesabatı printerdən də çap etmək mümkündür. Bunun üçün yuxarı sağ tərəfdə olan "Çap et" düyməsini klikləməlisiniz.
Kassa növbəsi
Kassa növbəsi hesabatı düyməsindən istifadə edərək, seçilmiş tarixdə neçə kassa növbəsi hesabatı olubsa, hər birini görə biləcəksiniz. Üzərinə klik etdiyiniz zaman isə həmin hesabat sağ tərəfdə əks olunacaq.
Yeniləndi: 20/10/2025
Təşəkkürlər!





