Məqalələr: Yeniliklər

YENİLİK - Terminalda Köçürmə Əməliyyatı

Əziz istifadəçilər, sizdən gələn təklifləri nəzərə alaraq maliyyə əməliyyatlarının daha çevik və rahat idarə olunması üçün vacib bir yeniliyi istifadəyə verdik. Bu yenilik artıq Terminalda aktivdir və sizə daha geniş əməliyyat imkanları təqdim edir.

Vacib qeyd:Bu funksionallıq daha əvvəl yalnız Arxa paneldə (client tərəfdə) mövcud idi. İndi isə ilk dəfə olaraq terminalda istifadəyə açıldı! Bu da o deməkdir ki, artıq kassada çalışan əməkdaşlar da bu əməliyyatı birbaşa terminal üzərindən həyata keçirə biləcəklər.

 Yeni Əməliyyat Növü: Köçürmə

Əvvəllər yalnız “İnkassasiya” əməliyyatı mövcud idi və bu zaman kassadan yalnız Seyfə (mərkəzi balans hesabına) vəsait köçürmək mümkün olurdu.

Yeni əlavə olunan “Köçürmə” funksiyası ilə isə:

  • İstifadəçi istədiyi balans hesabını seçərək köçürmə edə bilər;
  • Pul vəsaiti birbaşa kassadan seçilmiş balansa yönləndirilir;
  • Əlavə olaraq məbləğ və açıqlama sahələri ilə əməliyyat izahları daha şəffaf və izlənəbilən olur.

 Nə dəyişdi?

1. İnkassasiya

  • Təyinat: Kassadan yalnız Seyfə köçürmə
  • Balans seçimi: Yoxdur
  • Mövcudluq (Terminal): Bəli

2. Köçürmə

  • Təyinat: Kassadan istənilən balansa köçürmə
  • Balans seçimi: Var
  • Mövcudluq (Terminal): İndi mövcuddur

 Kimlər istifadə edə bilər?

Bu yenilik xüsusilə terminalda çalışan əməkdaşlar – yəni satış nöqtəsində kassaya nəzarət edən şəxslər üçün nəzərdə tutulub. Artıq onlar başqa balanslara pul yönləndirmək üçün arxa panelə keçid etməyə ehtiyac duymayacaqlar.


 Nəticədə nə əldə edirsiniz?

  • Daha çevik maliyyə idarəetməsi;
  • Əlavə əməliyyatlarsız balanslar arası rahat pul köçürməsi;
  • İş yükünün və vaxt itkisinin azalması.

Yeni funksiyanı sınamaq üçün Terminal üzərində “Əməliyyat əlavə et” bölməsinə keçid edin və “Köçürmə” seçimini klikləyin.

Hər hansı sual və ya texniki dəstəyə ehtiyacınız olarsa, Clopos dəstək komandası sizin xidmətinizdədir.

Yeniləndi: 31/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!