YENİLİK - Apple&Google Wallet üzrə Loyallıq Kartları
- Apple&Google Wallet Dəstəyi: Artıq müəssisə qonaqları (müştərilər) öz Loyallıq Kartlarını Apple Wallet və ya Google Wallet-ə əlavə edə bilərlər. Bu funksionallıq, Loyallıq modulu aktiv olan və Cashback funksiyasını açmış müəssisələr üçün keçərlidir.
- Emenu Üzərindən Kartın Əlavə Edilməsi: Qonaq Emenu platformasında hesabına daxil olduqdan sonra, sol yuxarı küncdəki “Cashback” düyməsinə klikləməklə, Loyallıq Kartını birbaşa Apple&Google Wallet-ə əlavə edə bilər.
- Balansların Görüntülənməsi və Ödəniş İmkanı: Wallet-ə əlavə olunan Loyallıq Kartında aşağıdakılar görünəcək:
- Müştərinin şəxsi balansı
- Cashback balansı
Bu balanslardan istifadə etməklə, wallet üzərindən göstərilən QR kodu kassaya təqdim edərək birbaşa ödəniş etmək mümkündür.
- Qonağa Ait Məlumatların Əks Olunması: Wallet Loyallıq Kartlarında aşağıdakı müştəri məlumatları əks olunur:
- Tam ad;
- Müştəri ID-si;
- Cashback balansı;
- Şəxsi balans.
(Yaxın zamanda əlavə məlumat sahələrinin inteqrasiyası planlaşdırılır.)
- Genişlənə Bilən Funksionallıq: Bu, yalnız başlanğıc mərhələsidir. Yaxın zamanda, Wallet Loyallıq Kartları vasitəsilə daha geniş imkanlar (kampaniyalar, sədaqət pillələri və s.) təqdim olunacaq.
Yeniləndi: 31/10/2025
Təşəkkürlər!