Yanvar ayı yenilikləri
Birləşdirilmiş çeklər
Birləşdirilmiş çeklər silinmiş çeklərdən ayrıldı. Artıq hər silinmiş və birləşdirilmiş çekləri ayrı-ayrı bölmələrdən izləyə bilərsiniz.

Xidmət haqqının tətbiqi toplu dəyişə əlavə olundu
Yeni dəyişiklik ilə artıq Menyu Məhsullar **bölməsində Toplu dəyiş funksiyasını istifadə edərək seçilmiş məhsullara görə **Xidmət haqqının tətbiq olunub-olunmyacağını toplu şəkildə dəyişə bilərsiniz.

Zallara görə fərqli Xidmət Haqqının təyin olunması
Hər bir zalda avtomatik fərqli xidmət haqqı tətbiq olunması mümkündür. Bunun üçün Zal yarat və ya dəyişdə xidmət haqqı seçilməlidir.
Qeyd :
- Masa zal dəyişdikdə yaradılan zaldakı xidmət haqqı saxlanır. Xidmət haqqın dəyişilməsini istəyirsə silib yenidən əlavə olunmalıdır.
- Əgər zalda xidmət haqqı varsa zalda olan, yoxdursa əvvəlki kimi satış tipində olan xidmət haqqı , orda da təyin olunmayıbsa Ayarlarda olan ümümi xidmət haqqı əsas götürüləcəkdir.

Yeniləndi: 31/10/2025
Təşəkkürlər!