Terminalda müştərilərin siyahısını göstərmədən, skanerlə müştəri əlavə etmək
Bu təlimatda terminalda müştəri siyahısını əməkdaşdan gizlətməyi, eyni zamanda onun müştərini skaner vasitəsilə çekə əlavə edə bilməsini necə tətbiq edəcəyiniz izah olunur. Beləliklə, əməkdaş digər müştərilərin məlumatlarını görmür, yalnız skan etdiyi müştərini çekə əlavə edir.
Addım 1. Arxa panelə daxil olun və Vəzifələr bölməsinə keçin
Clopos arxa panelinə daxil olun. Sol bölmədən Əməkdaş bölməsinə klikləyin, açılan alt bölmədən Vəzifələr bölməsini seçin.

Addım 2. Vəzifəni dəyişdirmə bölməsinə keçid edin
İcazələrini dəyişmək istədiyiniz vəzifənin sağ tərəfindəki üç nöqtə (⋮) düyməsinə klikləyin və açılan menyudan Dəyişmək seçiminə klikləyin.
Addım 3. Çekə müştəri əlavə olunmasını aktiv edin
İcazələr səhifəsində Çek idarəetməsi bölməsində

Addım 4. Terminalda müştərilərin görünməsini deaktiv edin
Səhifəni aşağı sürüşdürüb Müştəri idarəetməsi bölməsini tapın. “Terminalda müştərilərin görünməsi” icazəsinin qarşısındakı işarəni götürün deaktiv edin.

Addım 5. Dəyişiklikləri yadda saxlayın
Səhifənin sonunda saxla düyməsinə klikləyərək ayarları təsdiqləyin.
Addım 6. Terminalda çekə daxil olub müştəri ikonuna klikləyin
Ayarları yadda saxladıqdan sonra terminalda çekə daxil olun. Sol tərəfdəki menyuda yerləşən müştəri ikonuna klikləyin.

Addım 7. Skaneri oxudaraq müştərini axtarın
Açılan Müştərilər pəncərəsində Kod xanasına klikləyin və müştərinin Wallet QR kodunu skaner ilə oxudun. Müştəri tapılacaq və çekə əlavə olunacaq. Müştərilərin siyahısı görünmədiyi üçün axtarış yalnız skan vasitəsilə aparılır.

Yeniləndi: 11/11/2026
Təşəkkürlər!