Məqalələr: Terminal
Bu məqalə də mövcuddur:

Çekin kilidlənməsi

Çek kilidləmə və ya kiliddən açma icazəsinin idarə edilməsi:


Terminalda çeki kilidləmək və ya kiliddən açmaq üçün ilk növbədə Çek kilidinin idarə olunması icazəsi aktiv olmalıdır. Bu icazəni aktiv etmək üçün Əməkdaş → Vəzifələr bölməsinə daxil olub, vəzifə icazələrində müvafiq düzəlişlər aparılmalıdır. İcazəni tətbiq edəcəyiniz vəzifəni seçərək Dəyiş düyməsini klik edin və açılan bölmədə Çek kilidinin idarə olunması seçimini aktiv edin.
​



İcazəni aktiv etdikdən sonra, satış terminalında açılmış çekdə sol aşağı küncdə yerləşən kilid ikonuna klik edərək çeki kilidləyə bilərsiniz. Eyni şəkildə, kilid ikonuna yenidən klik etdikdə çek kiliddən açılacaq.
​



Çekin kilidlənməsi zamanı əməliyyat məhdudiyyəti:


Çek kilidləndiyi zaman, çek üzərində heç bir əməliyyat aparmaq mümkün deyil. Əgər əməliyyat aparmağa çalışsanız, ekranda göstərilən şəkildə bildiriş ilə qarşılaşacaqsınız.


Yeniləndi: 20/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!