Çek Printer sazlaması
Çek printerinin qoşulması üçün ilkin yoxlamalar
- Printerlərinizin cərəyana qoşulu olduğundan əmin olun.
- Clopos Terminal proqramı olan cihazla printerlərinizin eyni internet şəbəkəsində olduğundan əmin olun.
- Clopos Terminalda sağ yuxarı hissədə yerləşən 3 xəttə daxil olun.

- Açılan bölmədə cihazlar hissəsinə keçid edin.

- Açılan pəncərədə Printerlər bölməsində Yenilə düyməsini sıxırıq.

- Açılan pəncərədə Printerlər bölməsində Yenilə düyməsini sıxırıq.
- Uyğun olan şöbəni (Mətbəx) seçirik.

Çek printerinin tənzimləmələri
Çapda səsli bildiriş **– Çekin çap olunarkən səsli bildiriş verməsini istəyiriksə, **Tənzimləmələr bölməsinə keçid edib “Çapda səsli bildiriş” seçimini aktiv edirik.
Pul yeşiyi – Bu düymə aktiv olduqda və həmin printerdə çek çapı aktivdirsə, hesab bağlanan zaman pul yeşiyi avtomatik açılır.
Sürətli çap – Aktiv olduqda çek mətn formatında çap olunur və çek daha sürətli çıxır. Deaktiv olduqda isə çek şəkil formatında çap olunur. Mətn formatında çap zamanı Azərbaycan hərfləri (ü, ə, ğ, ı) tam dəstəklənməyə bilər və onların yerinə (u, e, g, i) kimi hərflər çıxacaqdır.
Width – Çekin printer kağızında hansı ölçüdə çıxacağını idarə edir. Yəni kağızın kənar boşluqlarının ölçüsünü tənzimləyir.
Trailing space – Buraya yazılan rəqəm qədər çekin altına boş sətir əlavə edir.
Kontrol printer – Aktiv edildikdə, bu printerdə aktiv edilən bütün şöbələr üzrə mətbəx çekləri göndərilirsə, hamısı bir çek üzərində çap olunur.
Font Family – Çekin şriftini dəyişməyə imkan verir. Qeyd: Bu funksiyanın işləməsi üçün Sürətli çap deaktiv olmalıdır.

Yuxarı hissədə yerləşən “Test çapı” düyməsindən istifadə edərək printeri test edə bilərik. Bu test vasitəsilə printerlə hal-hazırda eyni şəbəkədə olub-olmadığımızı yoxlayırıq.
Yeniləndi: 18/12/2025
Təşəkkürlər!