Məqalələr: Modullar və inteqrasiyalar
Bu məqalə də mövcuddur:

Pul yeşiyi sazlanması

Pul yeşiyinin görünüşü :



Pul Yeşiyinin Printerə Qoşulması:


  1. Bağlantını Yoxlayın:

İlk olaraq, pul yeşiyinin printerə düzgün qoşulduğundan əmin olun. Pul yeşiyi RJ11 adlı kabel vasitəsilə printerə bağlanır.

  1. Kabelin Qoşulması:


  • Kabelin bir ucunu printerin arxasında yerləşən və xüsusi olaraq qeyd edilmiş porta qoşun.
  • Digər ucunu isə pul yeşiyinin altında yerləşən uyğun porta qoşun.



​Printerin arxasından qoşulacağı hissəsi qırmızı oxla göstərilmişdir.
​



Terminal vasitəsilə Pul Yeşiyinin Sazlanması:


  1. Printer Tənzimləmələri:

Printer tənzimləmələrində pul yeşiyi funksiyasını aktiv edin. Bu əməliyyat tamamlandıqdan sonra hər çek bağlandığı zaman pul yeşiyi avtomatik olaraq açılacaq.

  1. Terminalda Əməliyyat:

Terminalda PIN kodunu daxil etdikdən sonra ekranın sağ yuxarı küncündə yerləşən üç xətt (menyu) simvoluna klikləyin.
​



3.Açılan pəncərədə Cihazlar bölməsinə daxil oluruq.



4.Tətbiq edəcəyimiz printerdəgöstərilən göstərilən düyməyə klik edirik.



5.Və pul yeşiyi düyməsini aktiv edirik.
​



Kassanı Çek Bağlamadan Açmaq:
Əgər kassanı çek bağlamadan açmaq istəyirsinizsə, Kontrol Panel bölməsinə keçin və orada yerləşən "Kassanı Aç" düyməsinə klik edin.


Yeniləndi: 20/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!