Məqalələr: Yeniliklər

Özbəkistanda 180 aktiv müştəriyə çatdıq!


Dəyərli Clopos üzvləri,


Sizlərin də dəstəyi ilə qısa müddət ərzində məhsulumuzun yarandığı və təkminləşdirildiyi ölkəmizdə restoran idarəetmə sistemləri arasında liderliyi əldə etdik. Bu uğur bizi ölkə sərhədlərini aşaraq digər ölkələrdə fəaliyyət göstərməyə təşviq elədi. Öncədən Səudiyyə Ərəbistanı, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Polşa, Hollandiya kimi ölkələrdə müxtəlif müştərilərimiz olsada onlara uzaqdan xidmət göstərirdik.


İyul ayında Özbəkistanın paytaxtı Daşkənd şəhərində ofisimiz fəaliyyətə başladı. Özbək restoratorlar tərəfindən Clopos proqramı maraqla qarşılandı. Və bu qısa 3 aylıq müddətin sonunda artıq 180 aktiv restoran Clopos dan istifadə edir. 2025-ci ilin sonuna Özbəkistanda 1200 aktiv restorana çatmağı hədəfləyirik.

Eyni zamanda hazırda Türkiyə və Qazaxıstanda kiçik komandlarımız fəaliyyət göstərir. Strategiyamıza uyğun olaraq Clopos bazara tam uyğunlaşdıqdan sonra sürətli böyümək üçün ofislərimiz tam rejimdə fəaliyyətə başlayacaqdır.


Fəaliyyətimizdə daim keyfiyyəti əsas meyyar götürərək sağlam addımlarla irəliləyirik. Bu yolda daim bizimlə olduğunuz üçün sizlərə təşəkkür edirik.

Bu bizimlə yanaşı yerli məhsula dəstək verən sizlərin də uğurudur!


Hörmətlə,


Clopos İdarə Heyəti

Yeniləndi: 31/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!