Məqalələr: Yeniliklər
Bu məqalə də mövcuddur:

🎉 Yeni Funksionallıq: Hazır Məhsula Seçimlər və Variantlar Əlavə Edilməsi

Artıq Clopos-da bir məhsul və ya məhsul variantı üçün müxtəlif seçimlər və dəyərlər əlavə edərək, eyni məhsulun fərqli ölçü, rəng və digər xüsusiyyətlərinə görə avtomatik variantlar yaratmaq mümkündür. Bu xüsusiyyət xüsusilə geyim, ayaqqabı, aksesuar və digər bir neçə xüsusiyyəti olan məhsullar üçün çox faydalıdır.

💡 Əsas imkanlar:

Bir məhsula bir neçə seçim əlavə etmək - Məsələn, rəng, ölçü, material və s.

Seçimlərdən avtomatik variantlar yaratmaq - Məsələn, “Ayaqqabı” məhsuluna həm ölçü (36-40), həm də rəng (Ağ, Qara) seçimlərini əlavə etdikdə, sistem avtomatik olaraq bu variantları yaradır.

Seçim və dəyərləri redaktə etmək - Seçimləri dəyişdirərək yeni variantlar əlavə edə bilərsiniz.

Toplu əməliyyatlar - Eyni anda bir neçə məhsula dəyişiklik etmək mümkündür (şəkil əlavə etmək, qiymət dəyişdirmək).

Bu yenilik ilə həm stok idarəçiliyi, həm də kassada məhsul seçimi daha rahat və çevik olacaq!📦📊



💡 Məhsul variantları və seçimlərin idarə edilməsi:

  1. Vitrin → Seçimlər bölməsində yeni seçimlər əlavə edə bilərsiniz.
  2. Seçimlər yaradıldıqdan sonra Vitrin → Məhsullar bölməsindən həmin seçimləri məhsula əlavə edə bilərsiniz.
  3. “Variant əlavə et” düyməsindən istifadə edərək, xüsusi variantlar da yarada bilərsiniz.


💡Hazır məhsula seçim əlavə etmək üçün mağazanızın tipi mütləq brend “Shop” olmalıdır.


Seçimlərin əlavə edilməsi ilə bağlı ətraflı məlumat əldə etməl üçün Məqalədən istifadə edə bilərsiniz.

Yeniləndi: 03/12/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!