Məqalələr: Terminal
Bu məqalə də mövcuddur:

Terminaldan Əməkdaş idarəetməsi

Bu bölmənin nə üçün lazımdır?

Clopos terminalında Əməkdaş idarəetməsi bölməsi sayəsində idarəçilər və ya səlahiyyətli istifadəçilər ofisə qayıtmadan, birbaşa satış nöqtəsindən əməkdaş yarada, mövcud əməkdaş məlumatlarını redaktə edə, onların kart və PIN kodlarını yeniləyə və status dəyişikliyi apara bilər. Bu funksionallıq xüsusilə kafelər, restoranlar yeni qarsonun işə qəbulunda və ya təcili olaraq əməkdaşı sistemdən deaktiv etmək lazım gələn hallarda xeyli vaxt qazandırır.


Əməkdaş bölməsinə necə daxil olmaq olar?

Terminala daxil olduqdan sonra əməkdaş idarəetməsi səhifəsinə keçmək üçün aşağıdakı addımları izləyin.

Terminalın əsas ekranında, yuxarı sağ küncdə yerləşən menyu (≡) düyməsinə klikləyin.




Açılan Kontrol panel səhifəsində Əməkdaş kafelinə klikləyin.




Bu zaman Əməkdaşlar səhifəsi açılır və burada şirkətinizdə qeydiyyatdan keçmiş bütün əməkdaşların siyahısını görəcəksiniz.

Əməkdaş yaratmaq

Yeni əməkdaşı sistemə əlavə etmək üçün aşağıdakı addımları izləyin.

Səhifənin yuxarı sağ küncündə yerləşən + Əməkdaş yarat düyməsinə klikləyin.




Açılan formada əməkdaş haqqında tələb olunan məlumatları doldurun: Ad Soyad, Vəzifə, Kart, PinStatus. Vəzifə sahəsində yalnız əvvəlcədən arxa paneldə yaradılmış vəzifələri seçə bilərsiniz.




Məlumatları yoxladıqdan sonra Saxla düyməsinə klikləyərək yeni əməkdaşı sistemə əlavə edin. Dəyişiklikdən imtina etmək istəsəniz İmtina düyməsindən istifadə edin.


💡PIN kodu mütləq 4 rəqəmdən ibarət olmalıdır. Kart sahəsi isə əməkdaş kart vasitəsilə sistemə daxil olacaqsa doldurulur — istifadə olunmayacaqsa, boş saxlana bilər.


Əməkdaşları axtarmaq və filtrləmək

Əməkdaşların sayı çoxaldıqca, lazımi şəxsi tez tapmaq üçün axtarış və filtrlərdən istifadə edə bilərsiniz.



Axtarış bölməsi — Əməkdaşın adını və ya soyadını yazaraq axtarış apara bilərsiniz.

Status filtri — Əməkdaşın hazırkı vəziyyətinə görə süzgəcdən keçirir. Üç seçim mövcuddur: Hamısı (bütün əməkdaşları göstərir, həm aktiv, həm deaktiv), Aktiv (yalnız aktiv əməkdaşlar) və Deaktiv (yalnız deaktiv edilmiş əməkdaşlar).

Vəzifə filtri — Əməkdaşları vəzifəsinə görə seçim edə bilərsiniz (məsələn: Qarson, Menecer, Admin və s.).

Siyahıdakı sütunların izahı

Əməkdaşlar siyahısında hər bir sətirdə aşağıdakı məlumatlar göstərilir.

Ad Soyad — Əməkdaşın tam adı, soyadı və altında vəzifəsi göstərilir.

Yaradılma tarixi — Əməkdaşın sistemə əlavə edildiyi tarix.

Kart — Əməkdaşın kart nömrəsinin əlavə edilib-edilmədiyini bildirir. Yaşıl etiket (Əlavə edilib) kartın əlavə olunduğunu, boz etiket (Əlavə edilməyib) isə kartın hələ də əlavə olunmadığını göstərir.

Status — Əməkdaşın hazırkı vəziyyəti. Yaşıl Aktiv etiket əməkdaşın sistemdə aktiv olduğunu və işləyə bildiyini, boz Deaktiv etiket isə müvəqqəti olaraq deaktiv edildiyini göstərir.

Əməkdaş üzərində əməliyyatlar

Hər bir əməkdaşın qarşısında, sıranın sağ tərəfində yerləşən üç nöqtə (⋮) düyməsinə klikləməklə həmin əməkdaşa aid əməliyyatlar menyusunu aça bilərsiniz. Bu menyuda üç seçim mövcuddur: Ətraflı baxış, Redaktə etSil.



Ətraflı baxış


Ətraflı baxış seçimi, əməkdaşın ümumi məlumatlarını oxunaqlı pəncərədə göstərir. Burada redaktə aparılmır — yalnız mövcud məlumatların yoxlanılması məqsədi ilə istifadə olunur.




Pəncərədə əməkdaşa aid Ad Soyad, Vəzifə, Telefon nömrəsi, Kart nömrəsiPIN məlumatları göstərilir. PIN kodu təhlükəsizlik məqsədilə gizlədilmiş (**) formada göstərilir; sağdakı göz işarəsinə klik edərək PIN-i görmək mümkündür. Əgər məlumatlarda dəyişiklik etmək lazım gələrsə, pəncərənin sağ alt küncündə yerləşən Redaktə et düyməsinə klikləyə bilərsiniz.

Redaktə et

Redaktə et seçimi əməkdaşın bütün məlumatlarını dəyişmək üçün istifadə olunur.




Açılan pəncərədə dəyişmək istədiyiniz sahələri yeniləyin: Ad Soyad sahəsində yeni ad və soyad yazın, Vəzifə sahəsində açılan menyudan yeni vəzifə seçin, Kart nömrəsi sahəsinə yeni kart nömrəsini daxil edin, Pin sahəsinə yeni 4 rəqəmli PIN kodu yazın, Status sahəsindən isə Aktiv və ya Deaktiv seçimini edin.

Bütün dəyişiklikləri etdikdən sonra Saxla düyməsinə klikləyin. Əgər dəyişikliklərdən imtina etmək istəyirsinizsə İmtina düyməsini istifadə edin.


💡 Əməkdaşı tamamilə silmək yerinə Deaktiv statusuna keçirmək tövsiyə olunur. Bu üsulla əməkdaşın keçmiş satış və əməliyyat tarixçəsi sistemdə qorunur, yalnız sistemə daxil olma imkanı bağlanır.

Sil

Sil seçimi əməkdaşı sistemdən tam olaraq silir. Silinmiş əməkdaş bərpa edilə bilməz, ona görə də bu seçimdən yalnız tamamilə əmin olduğunuz hallarda istifadə edin.

Əməkdaş idarəetməsi üçün vəzifə icazələri

Terminalda əməkdaş bölməsinin tam funksionallığından istifadə etmək üçün istifadəçinin vəzifəsinə müvafiq icazələrin təyin olunması tələb olunur. Bu icazələr arxa paneldə Hesab məlumatları → Vəzifələr bölməsindən tənzimlənir.




İcazələr siyahısında hər bir əməliyyat üçün ayrıca seçim mövcuddur. Əməkdaş baxışı icazəsi yalnız siyahını və əməkdaş məlumatlarını görmək imkanı verir. Əməkdaş yaradılması icazəsi yeni əməkdaş əlavə etmək üçün lazımdır. Əməkdaş redaktəsi icazəsi mövcud əməkdaşların məlumatlarını dəyişdirmək imkanı verir. Əməkdaş silinməsi icazəsi isə əməkdaşı sistemdən tam silmək hüququdur.

İcazələri təyin etmək üçün arxa panelə daxil olub müvafiq vəzifəni redaktə edin və yuxarıda qeyd olunan icazələri vəzifəyə uyğun şəkildə işarələyin.


💡 Tövsiyə: Bütün icazələrin (xüsusilə Əməkdaş silinməsi icazəsinin) yalnız idarəçi səlahiyyətinə malik vəzifələrə təyin edilməsi tövsiyə olunur. Bu, məlumatların yanlışlıqla silinməsinin və ya icazəsiz dəyişikliklərin qarşısını alır.



Yeniləndi: 17/04/2026

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!