Məqalələr: Arxa panel
Bu məqalə də mövcuddur:

Brend tənzimləmələri: Müəssisə məlumatlarının idarə edilməsi

Bu bölmə nə üçün lazımdır?


Brend tənzimləmələri müəssisənizə aid əsas məlumatların — adın, loqonun, ünvanın, iş saatlarının və digər ümumi parametrlərin tək bir yerdən idarə edildiyi bölmədir. Burada daxil edilən məlumatlar çeklərdə, qaimələrdə, QR menyu səhifəsində və sistemin digər bölmələrində avtomatik olaraq əks olunur. Ona görə də bu məlumatların düzgün və tam doldurulması vacibdir.


Brend tənzimləmələrinə daxil olmaq üçün arxa paneldə Tənzimləmələr → Ümumi tabına keçid edin.


Əsas məlumatlar


  • Brend adı — Müəssisənizin adını daxil edin. Bu ad sistem boyunca, o cümlədən çeklərdə , QR-menyuda və qaimədə görünür.
  • Brend loqosu — Müəssisənizin loqosunu yükləyin. Loqo çeklərdə, qaimələrdə və QR menyu səhifəsində göstərilir. Qəbul edilən formatlar: JPG, PNG. Maksimum ölçü: 20 MB.


Şəbəkə və sistem parametrləri


  • Wi-Fi məlumatları (Ad) — Müəssisənizdəki Wi-Fi şəbəkəsinin adını daxil edin. Bu məlumat QR menyuda göstərilir.
  • Wi-Fi məlumatları (Parol) — Wi-Fi şəbəkəsinin parolunu daxil edin.
  • Kassanın açılışı — Gün ərzində kassanın neçədə açılacağını bu sahədən təyin edirsiniz. Məsələn, 10:00.
  • Saat qurşağı — Sistemin hansı saat qurşağında işləyəcəyini seçin. Hesabatların və əməliyyat vaxtlarının düzgün qeydiyyatı üçün vacibdir. Məsələn: (UTC+4:00) Bakı.
  • Dil — Sistemin interfeys dilini seçin. Məsələn: Azərbaycanca.
  • Valyuta — Müəssisədə istifadə olunan valyutanı seçin. Məsələn: AZN.


💡 Vacib qeyd: Saat qurşağı və valyuta parametrləri bütün hesabatlara, çeklərə və əməliyyat qeydlərinə birbaşa təsir edir. Bu sahələrin yanlış doldurulması hesabatlarda uyğunsuzluqlara səbəb ola bilər.


Ünvan məlumatları


  • Ünvan — Müəssisənizin fiziki ünvanını daxil edin. Bu məlumat çeklərdə, QR-menyuda və qaimələrdə göstərilir.
  • Xəritə ünvanı — Müəssisənizin xəritədəki dəqiq mövqeyini göstərir. Məkan seçin düyməsinə klikləyərək xəritə üzərindən mövqeyinizi təyin edə bilərsiniz. QR-menyuda əks olunur.
  • Şəhər — Müəssisənizin yerləşdiyi şəhəri daxil edin.
  • Poçt indeksi — Müəssisənizin poçt indeksini daxil edin.
  • Telefon — Müəssisənizin əlaqə nömrəsini daxil edin. Qeyd edilmiş **telefon nömrəsi **həm çekdə, həm də QR menuda öz əksini tapır.
  • Ölkə kodu avtomatik olaraq seçilir.


Sosial şəbəkələr və iş saatları


  • Sosial şəbəkələr — Müəssisənizin sosial media hesablarını əlavə edin. Instagram, Digər və sair platformalar dəstəklənir. Bu məlumat QR menyu səhifəsində müştərilərə göstərilir.
  • İş saatları — Müəssisənizin həftə günləri üzrə iş saatlarını təyin edin. Hər gün üçün ayrıca vaxt aralığı müəyyən etmək mümkündür. Bu məlumat QR menyu səhifəsində müştərilərə göstərilir.


QR-menyu tənzimləmələri üçün bu məqalədən istifadə edə bilərsiniz.


Əlavə parametrlər


  • Bişirmə etiketləri (məhsul üçün) — Sifariş qəbul edilərkən müştərilərin məhsullara əlavə edə biləcəyi xüsusi qeydlər üçün etiketlər yaradın. Məsələn: Özəl qonaqlar, Şokolad vurulmasın, Acı olmasın, Şəkər olmasın, Tez hazır olsun. Bu etiketlər Clopos terminal vasitəsi ilə verilən sifarişlərdə istifadə olunur.
  • Məhsulun çekdən silinmə səbəbləri — Kassir sifarişdən məhsul silmək istədikdə sistemin tələb etdiyi əvvəlcədən müəyyən edilmiş səbəblər siyahısıdır. Məsələn: Ofisiant səhvi, Müştəri imtina etdi, Səhv masa/sifariş. Bu funksiya məhsul silinmələrinin hesabatlarda silinmə üsuluna görə düzgün əks olunmasını təmin edir.


💡 Vacib qeyd: Bütün dəyişiklikləri tamamladıqdan sonra yuxarı sağ küncdəki Saxla düyməsinə klikləməyi unutmayın. Saxlanılmamış dəyişikliklər səhifəni tərk etdikdə itəcək.

Yeniləndi: 18/05/2026

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!