Məqalələr: Terminal
Bu məqalə də mövcuddur:

Endirim funksiyası: Məhsul və ya çeklərə endirim əlavə etmək

POS sistemində endirim funksiyasını aktivləşdirmək sizə satış zamanı məhsullara endirim tətbiq etmək imkanı qazandıracaq. Bu funksionallıq ilə müxtəlif qiymət strategiyaları həyata keçirə və müştəri məmnuniyyətini artıra bilərsiniz.


Endirim icazəsinin aktivləşdirilməsi


Clopos sistemində endirimlər tətbiq edə bilmək üçün ilk olaraq əməkdaşlara endirim icazəsi verməyiniz lazımdır:


  1. Arxa ofis idarəetmə panelinə daxil olun
  2. "Əməkdaş" bölməsinə keçid edin
  3. "Vəzifələr" səhifəsindən icazə vermək istədiyiniz vəzifənin sağındakı 3 nöqtədən "Dəyişmək"i klikləyin
  4. Açılan pəncərənin ən son bölümündən "Endirim" icazəsini tapıb qarşışsındakı düyməni klikləyərək aktivləşdirin
  5. "Saxla" düyməsi ilə dəyişiklikləri yadda saxlayın




İcazəni aktivləşdirdikdən sonra icazəsi olan əməkdaşlar terminal sistemində istədikləri çek və ya məhsula endirim tətbiq edə biləcəklər.


Çeklərə endirim tətbiq edilməsi


Əgər endirim funksiyasını aktivləşdirmisinizsə, terminal sistemindən bütün açıq çeklərə endirim tətbiq edə bilirsiniz.


  1. POS terminaldan "Yeni sifariş" başladın və ya mövcud açıq çeklərdən birini seçin
  2. Sifariş növünü seçib məhsulları çekə əlavə edin
  3. Sol hissədəki çek ikonuna klikləyin
  4. Endirimin faizini və ya miqdarını seçin
  5. "Tətbiq et" düyməsini klikləyin




Endirimi silmək və ya miqdara dəyişiklik etmək istəsəniz, yenidən çek ikonuna klikləyərək "sil" düyməsini seçə və ya yeni miqdar daxil edib "tətbiq et" düyməsini klikləyə bilərsiniz.


Məhsula endirim tətbiq edilməsi


Bəzən çekdəki hər şeyə deyil, yalnız bir məhsula endirim tətbiq etmək lazım gəlir. Bunu etmək üçün aşağıdakı addımları izləməyiniz yetərlidir:


  1. POS terminalda çekə daxil olun
  2. Çekə vurulmuş məhsulun üzərinə klikləyin
  3. Sol hissədəki çek ikonuna klikləyərək endirim bölməsinə daxil olun
  4. Endirim faizi və ya miqdarını qeyd edin
  5. “Tətbiq et” düyməsini klikləyin



Məhsula tətbiq edilmiş endirimi silmək üçün eyni qaydada məhsula daxil olub, endirim bölməsindən “Sil” düyməsini seçməyiniz yetərli olacaq.


Bəzi məhsullarda endirim funksiyasının qadağa edilməsi


Sistemdə olan məhsullara endirim funksiyasının tətbiq edilib-edilə bilməyəcəyini qərarlaşadıra bilərsiniz.


Bir məhsul üçün endirim funksiyasının söndürülməsi


Menyudakı bir məhsula endirim tətbiq edilə bilməsini istəmirsinizsə, bu addımları izləyin:


  1. Arxa ofis idarəetmə panelinə daxil olun
  2. "Menyu" hissəsindən "Məhsullar" bölməsinə keçid edin
  3. İstədiyiniz məhsulu seçib dəyiş düyməsinə klikləyirik
  4. Açılan pəncərədən “Endirimi qadağan et” düyməsini aktivləşdirərək endirim funksiyasını bu məhsul üçün deaktivləşdirin



Birdən çox məhsul üçün endirim funksiyasının söndürülməsi


Əgər endirim funksiyasını birdən çox məhsul üçün söndürmək istəsəniz, bunu 1-1 etməyinizə gərək yoxdur. Sadəcə olaraq bu addımları izləyin:


  1. Arxa ofis idarəetmə panelinə daxil olun
  2. Menyu hissəsindən “Məhsullar” bölməsinə keçid edin
  3. “Toplu seçim” düyməsini kliklədikdən sonra məhsulları seçin
  4. İstədiyiniz məhsulların hamısını seçdikdən sonra “Dəyiş” düyməsini klikləyin
  5. Açılan pəncərədən ”Endirimə icazə verilsin?” sualına "Xeyr" seçsəniz, endirim funksiyasını bu məhsullar üçün deaktivləşdirmiş olacaqsınız.




Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:


+994 12 310 2266

Yeniləndi: 08/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!