Məqalələr: Terminal
Bu məqalə də mövcuddur:

Waiter

Waiter proqramı nədir və nə üçün istifadə olunur?


Müasir iaşə müəssisələrində xidmət keyfiyyətini və iş prosesinin sürətini artırmaq üçün rəqəmsal həllərə tələbat sürətlə artır. Clopos Waiter proqramı – ofisiantların sifarişləri daha tez, dəqiq və effektiv şəkildə qəbul edib, birbaşa mətbəxə və kassaya ötürməsinə imkan verən texnoloji bir həll vasitəsidir.


Bu proqram vasitəsilə:


  • Ofisiantlar sifarişi dərhal sistemə daxil edir,
  • Gecikmə və qarışıqlıqların qarşısı alınır,
  • İş prosesi avtomatlaşdırılır.



Terminalın Yaradılması


İlk addım – terminal yaratmaqdır. Bu əməliyyat arxa panel üzərindən həyata keçirilir:


Arxa panelCihazlarTerminallar [](https://help.clopos.com/tr/articles/11099220-terminal-yaratmaq)bölməsinə keçin.Yeni terminal əlavə etmək üçün Yarat düyməsinə klikləyin və uyğun ad və parametrləri daxil edin.



Məlumat Axını və Lokal Server Aktivliyi


Mobil cihazda daxil edilən sifarişlər qoşulduğu terminala ötürülür, terminal isə məlumatları serverə göndərir. Bu sistemin işləməsi üçün:


  • Arxa paneldə “Lokal şəbəkə” aktiv olmalıdır;
  • Lokal şəbəkə aktiv olduqda məlumat ötürülməsi daxili şəbəkə üzərindən sürətli və stabil şəkildə baş verir.




Waiter proqramının yüklənməsi


Android üçün:

Play Store linki


iOS üçün:

App Store linki



Mobil Cihazın Terminala Qoşulması


Mobil cihazın waiter proqramı ilə terminala qoşulması üçün aşağıdakı addımlar yerinə yetirilir:


  • Terminalda Cihazlar→Mobil terminal bölməsinə daxil olunur;
  • Hansı terminala daxil olmaq istəyirsinizsə, QR kodunu göstər düyməsinə klik edirsiniz(Terminalınızın növünün Qarson olduğundan əmin olun. );
  • Mobil cihazdan waiter proqramı açılır və QR kod skan edilir;
  • Bu zaman mobil cihaz hansı terminaldan QR kodu oxudursa, o terminal ilə birləşir.



💡Həm terminal, həm də mobil cihaz eyni lokal şəbəkədə (Wi-Fi və ya LAN) olmalıdır. Əks halda əlaqə qurulmayacaq.


Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:


+994 12 310 22 66

Yeniləndi: 08/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!