🔗 Tətbiqlərin Birdən Çox İnteqrasiyası Artıq Mümkündür!
Artıq Clopos-da eyni tətbiqdən birdən çoxunu aktivləşdirmək və idarə etmək mümkündür!
Necə işləyir: Məsələn, əgər siz artıq “AZ Smart” vergi kassasına qoşulmusunuzsa və ikinci dəfə eyni modulu aktivləşdirmək istəyirsinizsə, sadəcə mövcud inteqrasiya səhifəsinə daxil olun və yuxarı hissədəki “+” işarəsinə klikləyin. Beləcə, yeni inteqrasiyanı da əlavə edə bilərsiniz. Əlavə etdiyiniz inteqrasiyalar arasında tab-lar vasitəsilə keçid edərək düzəliş və idarəetmə aparmaq mümkündür.
Hazırda bu funksiya aşağıdakı modullar üçün aktivdir:
- Fiscal (vergi kassası)
- Çatdırılma sistemləri
Faydası: Bu yenilik sayəsində eyni tipli inteqrasiyaları bir yerdə asanlıqla idarə etmək, paralel qoşulmalar aparmaq və əməliyyatları çevikləşdirmək artıq mümkündür.

Yeniləndi: 20/11/2025
Təşəkkürlər!