Silinmiş məhsulların bərpası
Clopos sistemində silinmiş məhsulun bərpası
Clopos sistemində silinmiş məhsulları müəyyən müddət ərzində bərpa etmək mümkündür. Bu funksiya, xüsusilə məhsulun səhvən silindiyi hallarda məlumat itkisinin qarşısını almaq və məhsulu yenidən sıfırdan yaratmağa ehtiyac qalmaması üçün nəzərdə tutulub.
Silinmiş məhsul bütün parametrləri (kateqoriya, qiymət, tip və digər təyin edilmiş xüsusiyyətlər) ilə birlikdə geri qaytarılır.
Silinmiş məhsulu necə bərpa etmək olar?
Silinmiş məhsulun bərpası üçün aşağıdakı addımları yerinə yetirin:
Arxa panelə daxil olun, sonra Menyu → Məhsullar → Silinmiş bölməsinə keçid edin. Bərpa ediləcək məhsulun üzərinə siçanın sağ düyməsi ilə klikləyin və açılan menyudan “Bərpa et” seçimini seçin.

Yarımfabrikat və İnqrediyentlərin Bərpası
Eyni bərpa prosesi menyu məhsulları üçün olduğu kimi, Yarımfabrikatlar və İnqrediyentlər üçün də keçərlidir. Əgər yarımfabrikat və ya inqrediyent səhvən silinibsə, onları 60 gün ərzində bərpa etmək mümkündür.
Bərpa etmək üçün:
Menyu → Yarımfabrikat/ İnqrediyent bölməsinə daxil olun.
Silinmiş bölməsini açın.
Siyahıdan müvafiq yarımfabrikat və ya inqrediyent seçin.
Sağ klik → “Bərpa et” seçimini edin.
İcazənin aktiv edilməsi
Silinmiş elementlərin bərpası üçün istifadəçi rolunda müvafiq icazə aktiv olmalıdır.
Bunun üçün:
Əməkdaş → Vəzifələr **bölməsinə daxil olun. Əməkdaşınızın vəzifəsini tapın və üç nöqtəyə klikləyərək “Dəyişdir” seçin. Daha sonra bölmədə **“Silinmiş elementlərin idarə olunması” icazəsi aktiv edilməlidir.

Bu icazə olmadan istifadəçi:
- Silinmiş elementləri görə bilməz
- Onları bərpa edə bilməz
- Silinmişlər bölməsini idarə edə bilməz
Əgər bərpa seçimi görünmürsə, sistem administratoru tərəfindən bu icazənin aktiv olub-olmadığını yoxlamaq tövsiyə olunur.
Yeniləndi: 27/02/2026
Təşəkkürlər!