Özünə Xidmət Kioskunun sazlanması
Bu modul nə üçün lazımdır?
Özünə Xidmət Kiosku müştərilərə kassirə müraciət etmədən öz sifarişlərini özləri verməyə imkan tanıyan bir moduludur. Müştəri kiosk ekranı vasitəsilə menyuya baxa, məhsul seçə, ödəniş üsulunu təyin edə və sifarişini tamamlaya bilir. Bu, xüsusilə sürətli xidmət tələb edən müəssisələrdə — fast food, kafe və self-service restoranlarda — növbə gözləmə müddətini azaldır və xidmət sürətini artırır.
Kioskunun aktivləşdirilməsi
Modulu istifadəyə vermək üçün arxa paneldə Tətbiqlər → Özünə Xidmət Kiosku bölməsin tapıb qoşulmaq düyməsinə klik edərək abunə olun sonra isə üzərindəkli tənzimləmələrə daxil olaraq Status düyməsini aktiv edin.

💡 Qeyd: Status deaktiv olduqda kiosk ekranı işləmir və müştərilərə görünmür.
Zəng melodiyası
Zəng melodiyasını sifariş et parametri kiosk vasitəsilə yeni sifariş daxil olduqda POS-da səslənəcək melodiyanı tənzimləyir. Dropdown menyusundan melodiyanın neçə dəfə çalınacağını və ya ümumiyyətlə deaktiv seçimini seçə bilərsiniz — məsələn, Bir dəfə çal.

Satış üsulu
Bu bölmədə kiosk ekranında hansı satış üsullarının görünəcəyini təyin edirsiniz.
Yerində yemək:
- Aktiv — Müştərilər yerində yemək seçə bilər. Kiosk ekranında "Yerində" seçimi görünür.
- Qeyri-aktiv — "Yerində" seçimi kiosk ekranından gizlədilir.
Takeaway (Götürmə):
- Aktiv — Müştərilər sifarişlərini götürmək üçün seçim edə bilər. Seçim kiosk ekranında görünür.
- Qeyri-aktiv — "Takeaway" seçimi kiosk ekranından gizlədilir.

Ödəmə üsulları
Kiosk vasitəsilə müştəriyə hansı ödəmə seçimlərinin təqdim ediləcəyini bu bölmədən tənzimləyirsiniz.
Burada ödə:
- Aktiv — Müştərilər birbaşa kiosk üzərindən ödəyə bilər. Ödəniş üsulu seçimi tələb olunur.
- Qeyri-aktiv — Birbaşa ödəniş seçimi kiosk ekranından gizlədilir.
Kassada ödə:
- Aktiv — Müştərilərə kassada ödəmə imkanı verilir. "Kassada ödə" düyməsi kiosk ekranında görünür.
- Qeyri-aktiv — "Kassada ödə" seçimi kiosk ekranından gizlədilir.

Menyu
Bu bölmədə kioskda görünəcək menyunu məhdudlaşdıra bilərsiniz.
- Kategoriya — Kiosk ekranında yalnız seçilmiş kateqoriyanı göstərmək istəyirsinizsə, buradan seçim edin. Boş saxlanıldığı halda bütün kateqoriyalar görünür.
- Etiket — Kiosk ekranında yalnız müəyyən etiketə sahib məhsulları göstərmək üçün istifadə olunur.
💡 Tövsiyə: Kioskda bütün menyunu deyil, yalnız müəyyən məhsul qrupunu göstərmək istəyirsinizsə, Kategoriya və ya Etiket filtrlərindən istifadə edin.
Media parametrləri
Bu bölmədə kiosk ekranının vizual elementlərini yükləyə bilərsiniz.
- Loqo — Kiosk ekranında görünəcək müəssisə loqosu. Qəbul edilən formatlar: SVG, JPG, PNG. Maksimum ölçü: 20 MB.
- Banner şəkli — Əsas menyu ekranında göstərilən şəkil. Qəbul edilən formatlar: JPG, PNG. Maksimum ölçü: 20 MB. Ən azı 1, maksimum 5 şəkil yükləmək mümkündür.
- Başlanğıc ekranı vizualları — Sifariş başlama ekranında göstərilən şəkillər. Qəbul edilən formatlar: JPG, PNG. Maksimum ölçü: 20 MB. Ən azı 1, maksimum 5 şəkil yükləmək mümkündür.
Rəng parametrləri
Kiosk ekranının rəng sxemini müəssisənizin brendinə uyğunlaşdıra bilərsiniz. Hər sahə üçün rəng kodu (#000000 formatında) daxil etmək və ya rəng seçici vasitəsilə rəng seçmək mümkündür.
- Brend rəngi — Əsas marka rəngidir. Digər sahələr üçün ayrıca rəng seçilmədikdə, bu rəng uyğunluq üçün qlobal olaraq tətbiq olunur.
- Düymələr — Kiosk boyunca əsas fəaliyyət düymələrinin rəngi.
- Düymələrin mətni — Əməliyyat düymələrindəki mətn rəngi.
- Qiymət — Bütün məhsul qiymətlərinin ekran rəngi.
- Satış metodu — Yemək və ya paket seçimi üçün düymə rəngi.
- Satış metodu mətni — Yemək və ya götürmə seçimlərinin mətn rəngi.
- Ödəniş üsulu — Ödəniş yeri düymələrinin (Burada ödə / Kassada ödə) rəngi.
- Ödəniş üsulu mətni — Ödəniş üsulu düymələrindəki mətn rəngi.
- Seçilmiş kateqoriya — Aktiv menyu kateqoriyası üçün vizual göstərici rəngi.
- Seçilmiş kateqoriya mətni — Aktiv kateqoriya düymələrindəki mətn rəngi.
💡 Vacib qeyd: Rəng parametrlərini tənzimlədikdən sonra mütləq Saxla düyməsinə klikləyin. Əks halda dəyişikliklər yadda saxlanılmayacaq. Dəyişikliklərin kiosk ekranında əks olunduğunu yoxlamaq üçün kiosku yenidən başlatmaq tövsiyə olunur.
Yeniləndi: 13/05/2026
Təşəkkürlər!