Məqalələr: Modullar və inteqrasiyalar

Özünə Xidmət Kioskunun istifadə qaydası

Özünə Xidmət Kiosku müştəriyə sifarişini kassirə müraciət etmədən özü verməyə imkan tanıyır. Müştəri menyuya baxır, məhsulları seçir, ödənişi edir və sifariş real vaxtda birbaşa mətbəxə göndərilir.


💡 Kioskun aktivləşdirilməsi və tənzimlənməsi üçün Özünə Xidmət Kioskunun sazlanması məqaləsinə baxın.


Kiosku terminala qoşmaq


Tətbiqi planşetdə ilk dəfə açdıqda Choose Connection Mode ekranı görünür. Burada kioskun arxa panellə necə əlaqə quracağını seçirsiniz:


  • Offline – Kiosk yerli şəbəkədəki terminala qoşulur. Terminal kiosk ilə arxa panel arasında körpü rolunu oynayır.
  • Online – Kiosk birbaşa buluda qoşulur. Bu rejim yalnız kassada ödə üsulu ilə işləyir.



Offline rejimi

Offline seçimini etdikdə Kiosk Setup ekranı açılır:


  • Main terminal IP address – Əsas terminalın yerli şəbəkədəki IP ünvanını yazın (məsələn, 10.10.10.4).
  • Password – Özünə Xidmət Kiosk parolunu daxil edin.


Sonra Login düyməsinə klikləyin.


Online rejimi

Online seçimini etdikdə Online Mode ekranı açılır:


  • Brand subdomain – Brend adınızı daxil edin.
  • Device password – Özünə Xidmət Kiosk parolunu daxil edin.


Sonra Connect düyməsinə klikləyin.


Başlanğıc ekranı

Kiosk gözləmə vəziyyətində olduqda ekranda başlanğıc vizualları göstərilir. Müştəri sifarişə başlamaq üçün ekrana toxunur.


Satış üsulunun seçilməsi

Müştəri satış üsulunu seçir. Sazlamada aktiv etdiyiniz üsullardan asılı olaraq burada Burada və ya Paket seçimləri görünür.


Məhsulların seçilməsi

Müştəri menyudan istədiyi məhsulları seçir. Menyu kateqoriyalar üzrə, məhsulların şəkli və açıqlaması ilə göstərilir.


  • Məhsulun üzərinə toxunaraq onu səbətə əlavə edir.
  • Məhsulu modifikator, porsiya və xüsusi istəklə fərdiləşdirə bilir.
  • Səbətdə məhsulun sayını dəyişə və ya məhsulu çıxara bilir.


Sifarişin yoxlanılması

Müştəri səbətə keçid edərək sifarişini yoxlayır. Burada seçilmiş məhsullar, modifikatorlar, saylar və yekun məbləğ göstərilir. Müştəri sifarişi təsdiqləyib növbəti mərhələyə keçir.


Ödəniş üsulunun seçilməsi

Müştəri ödəniş üsulunu seçir. Sazlamada aktiv etdiyiniz seçimlərdən asılı olaraq iki variant görünə bilər:


  • Burada ödə – Müştəri birbaşa kiosk üzərindən kart, nağd və ya QR kod ilə ödəyir.
  • Kassada ödə – Müştəri sifarişi tamamlayır, ödənişi kassada edir.


Sifarişin tamamlanması

Ödənişdən sonra sifariş mətbəxə göndərilir. Printerə vəya Mətbəx ekranı sistemi (KDS) qoşulubsa, müştəri üçün çek çap olunur. Müəyyən müddət ekrana toxunulmadıqda kiosk avtomatik olaraq başlanğıc ekranına qayıdır.


Yeniləndi: 29/07/2026

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!