NBA smart kassa inteqrasiyası (Fiskal)
E-kassa ilə Clopos inteqrasyasının önəmi:
Clopos sistemindəki qəbzlərin e-kassaya göndərilməsi, müasir vergi tələblərinə uyğunluğu təmin edən mühüm bir addımdır. Bu inteqrasiya, hər bir satış əməliyyatını və ödənişi avtomatik olaraq vergi sisteminə ötürərək, vergi bəyannamələrinin düzgün və vaxtında hazırlanmasını asanlaşdırır. E-kassa ilə əlaqə, vergi orqanlarına dəqiq və şəffaf məlumat təqdim etməyə imkan tanıyır, həmçinin mühasibatlıq proseslərini sadələşdirir və insan səhvlərini minimuma endirir. Bu, həm vergi öhdəliklərinin düzgün yerinə yetirilməsini, həm də biznesin maliyyə idarəetməsini asanlaşdırır.
NBA E-Kassa Cihazını Clopos Sisteminə İnteqrasiya Etmək:
- İlk öncə, cihazı təmin edən şirkətlə əlaqə saxlayın.
- Fiscal services proqramını yükləmələrini xahiş edin.
- Clopos arxa panelində Tətbiqlər bölməsinə daxil olun.
- Hamısı bölməsindən NBA moduluna qoşulun.
- Modulun aktivləşdirilməsi üçün 20 AZN məbləğində ödəniş tələb olunur (bu məbləğ, aylıq ödəniş etdiyiniz abunəliyə əlavə olunacaq). Modul qoşulduqdan sonra, o, Tətbiqlər bölməsinə əlavə ediləcək.

- Statusu aktiv edin.
- Terminalda görünsün funksiyasını aktiv etdikdə, Terminalda Cihazlar bölməsində E-kassa bölməsi görünür. Statusu deaktiv etdikdə isə bu bölmə görünməz olur.
- Avtomatik göndərilsin funksiyasını aktiv etdiyiniz zaman, bağlayacağınız çeklərdə Vergi ilə çap funksiyası avtomatik aktiv olur. İstəyə uyğun olaraq bu funksiyanı deaktiv edə bilərsiniz.
- Əgər yeni versiya NBA cihazınız mövcuddursa, bu halda Cashbox funksiyası deaktiv qalmalıdır.
- Bank yoxdur! -Bu funksiya aktiv edildiyi təqdirdə, Elektron kassa cihazının içərisində bank varsa, bank fəaliyyəti inteqrasiya zamanı müvəqqəti dayandırılır. Kart ilə ödəniş etdiyiniz zaman artıq kart tələb edilməyəcək. Sadəcə olaraq, nağdsız şəkildə vergiyə məlumat ötürüləcəkdir.
- Geri qaytarılma - Çekin Elektron Kassadan da geri qaytarılması edilməsin istəyiriksə, bu halda bu funksiyanı aktiv edirik. Daha sonra terminalda “Geri qaytarılma” bölməsinə daxil olub, çekin ID kodunu yazırıq.
- İP ünvanı qeyd edin. (İP ünvanını öyrənmək üçün NBA e-kassa cihazının şəbəkə ayarlarına daxil olmaq lazımdır.) İP ünvanı bu formada yazılmalıdır: 192.168.0.177 Burada 192.168.0.177 İP ünvanı şərtidir. NBA e-kassa cihazının Clopos sisteminə inteqrasiyası zamanı hər iki proqramın eyni şəbəkədə olduğuna əmin olun.
- Port- NBA tərəfindən təqdim olunur. Çox zaman 9898 olaraq qeyd edilir
- Bank Portu- NBA tərəfindən təqdim olunur. Çox zaman 9999 olaraq qeyd edilir
- İstifadəçi Adı- "user" yazılmalıdır
- Parol - "12348765" qeyd edilməlidir.
- Default vergi adı - Burada verginizi adlandıra bilərsiniz.
- Default tax rate - Burada ödəyəcəyiniz vergi faizini qeyd edirsiniz.
Məlumatları daxil etdikdən sonra, sağ yuxarı küncdəki Saxla düyməsinə klik edərək, daxil etdiyiniz məlumatları yadda saxlayın.
Məhsullara Vergilərin Tətbiqi:
NBA cihazına vergiləri göndərmək üçün, aşağıdakı addımları yerinə yetirmək lazımdır:
- Vergi faizini yaradın:
- Vergilərin məhsullara tətbiqi üçün, sizə aid olan vergi faizini yaradın.
- Məhsullara vergi tətbiq edin:
- Yaratdığınız vergi faizini məhsullara tətbiq edin. Bu, NBA cihazına vergilərin düzgün şəkildə göndərilməsi üçün vacibdir.
- Əlavə məlumat əldə edin:
- Vergi faizi və onun tətbiqi barədə daha ətraflı məlumatı əldə etmək üçün Vergi sözünə klik edə bilərsiniz.
NBA Cihazında İnteqrasiyanı Başlatmaq:
- İnteqrasiya prosesini başlatmaq üçün Fiscal services proqramını açın.
- İnteqrasiya prosesi zamanı bu səhifədən çıxmayın. Əgər bu səhifədən çıxsanız, inteqrasiya ləğv edilmiş sayılacaq və sistem düzgün işləməyəcək.
Bu addımlar inteqrasiya prosesinin uğurla tamamlanması üçün vacibdir. Səhifədə qalaraq inteqrasiyanın düzgün həyata keçməsini təmin edin.
NBA E-Kassa Cihazının Clopos Sistemində Yoxlanılması:
- Daha sonra, Clopos satış terminalında Kontrol panel → Cihazlar → E-Kassalar pəncərəsinə keçin.
- NBA e-kassa cihazının sisteminizə tam inteqrasiya olunduğundan əmin olmaq üçün Yoxla düyməsinə klik edin.
Bir Neçə Fərqli E-Kassa Cihazının Eyni Anda İntegrasiyası:
Bir neçə fərqli e-kassa cihazını eyni anda inteqrasiya etmək mümkündür. Hər e-kassa cihazı yalnız bir terminalda istifadə edilə bilər. Hər hansı bir terminalda hansı e-kassa cihazını istifadə etmək istəyirsinizsə, digər e-kassa cihazlarını offline statusda saxlayaraq, istifadə etmək istədiyinizi aktiv etməlisiniz. Əgər, inteqrasiya etmək istədiyiniz e-kassa cihazları eyni operatordursa, bunun üçün Cloposun dəstək komandasına müraciət etməyiniz lazımdır.
Növbəni Açma:
- Növbəyə başlamazdan əvvəl kassir və ya operator tərəfindən növbənin rəsmi şəkildə açılması zəruridir. Bu, sistemdə baş verən hər bir maliyyə əməliyyatının düzgün qeydiyyata alınmasını təmin edir. Növbəni açmaq üçün istifadəçi sistemə daxil olduqdan sonra, müvafiq interfeysdə Növbəni Aç düyməsinə klik edərək, növbənin başlanmasını təsdiqləyir. Bu addım növbənin başlanğıc vaxtını və kassirin fəaliyyətinə aid olan bütün əməliyyatların qeydiyyatını avtomatik olaraq sistemdə aktiv edir.
Növbəni Bağlama:
- İş gününün sonunda və ya növbənin bitməsindən əvvəl növbənin rəsmi şəkildə bağlanması tələb olunur. Bu proses, bütün gün ərzində baş verən əməliyyatların yekunlaşdırılması və maliyyə məlumatlarının təhlükəsiz şəkildə saxlanmasını təmin edir. Növbəni Bağla düyməsinə klik etdikdə, sistem növbənin son vaxtını qeyd edir və növbə ərzində baş verən bütün əməliyyatların yekun hesabatını hazırlayır. Növbə bağlanmadığı halda, əməliyyatlar və hesabatlarda uyğunsuzluqlar baş verə bilər, buna görə bu addım xüsusi əhəmiyyət daşıyır.
X-hesabat:
- Kassir və ya operator tərəfindən iş günü ərzində istənilən vaxt çıxarıla bilən aralıq maliyyə hesabatıdır. Bu hesabat günün yekununa təsir etmədən, kassada edilən əməliyyatlar, satışlar, nağd və qeyri-nağd ödənişlər barədə məlumatları göstərir. X-hesabat yalnız cari vaxtadək baş vermiş əməliyyatların təsvirini verir və kassanın bağlanmasına səbəb olmur.
Vergiyə Göndərilmiş Qəbzi Vergidən Ləğv Etmək Üsulları:
- Fiskalı Ləğv Etmək:
Arxiv çeklərindən həmin çeki tapıb, fiskal ləğv et düyməsini vuraraq ləğv edə bilərik. Fiskal ləğv eyni növbə daxilində edilir.
- Çeki Yenidən Açmaq:
Çeki yenidən açmaq yalnız kassanın açılış saatına qədər mümkündür. Eyni növbə daxilində çeki vergidən ləğv edə bilərsiniz.
- Geri Qaytarılma Əməliyyatı:
Geri qaytarılma əməliyyatı ilə də çeki vergidən ləğv etmək mümkündür. Geri qaytarılma əməliyyatı etdiyiniz zaman, əgər E-kassa cihazı onlinedirsə, bu halda çek vergidən də ləğv olunur.Çeki geri qaytarmaq üçün, terminalda yuxarıda 3 xəttə klikləyib, Kontrol Panel-ə keçirik. Daha sonra Geri Qaytarılma bölməsinə daxil oluruq.
- Çekin ID kodunu qeyd edirik.
- Geri qaytarmaq istədiyimiz məhsulları seçirik.
- Vergi ilə çapı aktiv edib, Geri qaytarılma əməliyyatını təsdiqləyirik. Geri qaytarılma zamanı E-kassa-dan çek çıxır.
RRN qeydiyyatı:
💡 Əgər NBA cihazında bank yoxdursa, kartla bağlanan çeklər vergiyə göndərilərkən sizdən RRN kodu tələb olunacaq. Hər bir bank çekinin üzərində bu kod mövcuddur.
Yeniləndi: 27/11/2025
Təşəkkürlər!





