Məqalələr: Yeniliklər
Bu məqalə də mövcuddur:

🍳 KDS-də Stop List Funksionallığı Artıq Aktivdir!

Artıq KDS (Kitchen Display System — Mətbəx Ekranı) üzərindən birbaşa Stop List idarə etmək mümkündür!

Bu yenilik sayəsində mətbəx əməkdaşları artıq terminala keçmədən, bitən və ya mövcud olmayan məhsulları birbaşa KDS üzərindən Stop Listə əlavə edə və çıxara bilirlər.

Necə işləyir:

  • İlk olaraq, KDS → Ayarlar bölməsində və ya Stop List düyməsinə kliklədikdə açılan pəncərədən əsas terminalın IP ünvanını daxil edin.
  • IP ünvanı uğurla daxil etdikdən sonra Stop List düyməsinə klikləyin — yeni səhifə açılacaq.
  • Açılan səhifədə:
  1. Sol tərəfdə: hal-hazırda Stop Listdə olan məhsullar görünür.
  2. Sağ tərəfdə: mövcud məhsullar və kateqoriyalar əks olunur.
  • Sadəcə sağ tərəfdən istədiyiniz məhsulu seçin və Stop Listə əlavə edin və ya çıxarın.

Faydası: Bu funksiya mətbəxdə işi daha çevik və effektiv edir — artıq ofisiant və ya kassirə məlumat ötürməyə ehtiyac yoxdur, mətbəx əməkdaşı prosesi birbaşa öz ekranından idarə edə bilir.







Yeniləndi: 20/11/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!