Məqalələr: Arxa panel
Bu məqalə də mövcuddur:

Ödəniş üsulunun dəyişdirilməsi

CLOPOS Sistemində Bağlanmış Çekin Ödəniş Üsulunun Dəyişdirilməsi:


Clopos sistemində, ödəniş üsulunu həm arxa paneldən, həm də satış terminalından sonradan dəyişdirmək mümkündür. Bu, ödəniş metodlarında dəyişiklik tələb olunduğu halda istifadəçilər üçün rahatlıq təmin edir.


Ödəniş Üsulunun Arxa Paneldən Dəyişdirilməsi:


  • Arxa panelə daxil olaraq, "Satış-Çeklər" bölməsinə keçin.

Dəyişiklik etmək istədiyiniz çeki tapın və üzərinə gəlin. Daha sonra "Dəyişmək" seçimini klikləyin.



Nağd və Kart Ödəniş Üsullarını Dəyişmək


Arxa panel üzərindən ödəniş üsuluna dəyişiklik edə bilərsiniz. Sistemin avtomatik olaraq yaradılmış "müştəri balansı" və "keşbek" ödəniş üsullarına dəyişiklik etmək mümkün deyil.



Əlavə Et və Saxla


Həmçinin, ödənişi bir neçə üsul arasında bölmək üçün "Əlavə et" seçiminə klikləyərək, ödənişi bölə bilərsiniz. Saxla klikləyərək məlumatları təsdiqləyin.



Terminaldan ödəniş üsulunu dəyişmək ilə bağlı geniş məlumatı Çekin yenidən açılması sözünə klikləyərək əldə edə bilərsiniz.


Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:


+994 12 310 22 66


Yeniləndi: 08/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!