İp adresin rezerv edilməsi
Routerin idarəetmə panelinə daxil olmaq üçün aşağıdakı addımları izləyə bilərsiniz:
- IP ünvanını tapmaq üçün: Routerin IP ünvanını tapmaq üçün aşağıdakı addımları izləyin:
- Win + R düyməsinə sıxın və açılan pəncərədə cmd yazın. Bu, komanda sətrini açacaq.
- Komanda sətrində ipconfig əmrini daxil edin və "Enter" düyməsini sıxın.Nəticədə "Default Gateway" altında routerin IP ünvanını görəcəksiniz.
- Brauzeri Açın: Hər hansı bir brauzeri açın (Google Chrome, Firefox və s.).
- Routerin IP ünvanını daxil edin: Routerinizin IP ünvanını brauzerin ünvan sətrinə yazın. (Məsələn, 192.168.5.1)
- İstifadəçi adı: admin
Şifrə: admin və ya boş buraxıla bilər.
- Əgər bu məlumatlar işləmirsə, internet provayderinizlə əlaqə saxlayaraq düzgün giriş məlumatlarını əldə edə bilərsiniz. Alternativ olaraq, routerin alt hissəsində və ya təlimat kitabçasında göstərilən standart şifrəni yoxlaya bilərsiniz.
Açılan pəncərədə DHCP > Address Reservation bölməsinə daxil oluruq. Burada Add New düyməsini basaraq yeni bir IP ünvanı əlavə edirik. Rezerv etmək istədiyimiz cihazın IP və MAC ünvanlarını müvafiq hissələrə daxil edirik:
- IP Address: Rezerv etmək istədiyiniz cihazın IP ünvanını bu sahəyə yazın.
- MAC Address: Cihazın MAC ünvanını müvafiq sahəyə daxil edin.
Hər iki məlumatı düzgün daxil etdikdən sonra, Status hissəsində Enable seçimini işarələyirik və dəyişiklikləri yadda saxlamaq üçün Save düyməsini klikləyirik. Bu addımları yerinə yetirdikdən sonra cihaz üçün IP ünvanı rezerv olunmuş olacaq.
Yeniləndi: 21/10/2025
Təşəkkürlər!



