Hesabatlarda Filial Filteri Artıq Mövcuddur!
Artıq Hesabatlar bölməsində Filial filteri əlavə olunub!
Bu yenilik sayəsində istifadəçilər fərqli filiallara aid məlumatları daha rahat şəkildə izləyə bilirlər.
Necə işləyir:
- Hesabatlar səhifəsində ilkin olaraq aktiv filialın məlumatları göstərilir.
- İstifadəçinin icazəsi olan digər filiallar da seçim siyahısında görünür və istifadəçi həmin filialları seçərək onların məlumatlarını görüntüləyə bilər.
- Minimum 1 filial seçmək məcburidir — filter boş saxlanıla bilməz.
- Filial filteri Hesabatlar bölməsindəki bütün səhifələr üçün keçərlidir.
Faydası: Bu xüsusiyyət, bir neçə filialı olan müəssisələrə satış, gəlir və performans göstəricilərini filiallar üzrə tez və dəqiq şəkildə analiz etməyə imkan verir.

Yeniləndi: 20/11/2025
Təşəkkürlər!