YENİLİK - QR Menyu Slider Funksionallığı
QR Menyunun ana səhifəsindəki statik banner şəkli artıq slider (karusel) funksionallığı ilə əvəz edilə bilər. Bu yenilik, istifadəçilərə yalnız bir rejimi seçmək imkanı verir: ya fon şəkli, ya da slider. Hər iki seçim eyni anda aktiv ola bilməz.
UI/UX Xüsusiyyətləri:
Admin Panel (Backoffice) → QR Menyu → Parametrlər bölməsinə yeni sahə əlavə olunub:
Visual Background Display Mode (Vizual Fon Görünüşü Rejimi)
Buradan aşağıdakı rejimlərdən biri seçilə bilər:
- background_image (default) – Tək bir fon şəkli
- slider – Sürüşdürülə bilən şəkil karuseli
Slider Xüsusiyyətləri:
Maksimum 5 şəkil yükləmək mümkündür (.jpg və .png formatlarında)
Mobil cihazlarda:
- Sürüşdürmə dəstəyi;
- Naviqasiya nöqtələri;
- 3 saniyədə bir avtomatik keçid.
Bu funksiya, menyunun vizual təqdimatını daha cəlbedici və interaktiv etmək üçün nəzərdə tutulub.
Yeniləndi: 31/10/2025
Təşəkkürlər!