Clopos tablet necə sazlanılır?
Tablet modu nədir və nə üçün lazımdır?
Clopos Tablet Menu rejimi müştərilərin masada planşet vasitəsilə menyunuza baxmasına və sifarişlərini müstəqil şəkildə yerləşdirməsinə imkan verən funksiyadır. Bu rejim sayəsində qarsonun sifariş qəbulu üçün masaya gəlmə ehtiyacı azalır, müştəri gözləmə müddəti qısalır və iş prosesi daha operativ aparılır. Eyni zamanda müştərilər menyudakı məhsullara, şəkillərinə və təsvirlərinə rahat şəkildə baxaraq daha informativ qərar verə bilirlər.
1. Clopos Tablet Menu tətbiqinin yüklənməsi
İlk növbədə Clopos Tablet Menu tətbiqini planşetinizə yükləmək lazımdır. Tətbiq yalnız Android əməliyyat sistemində dəstəklənir.
Yükləmək üçün planşetinizin Google Play Store tətbiqini açın və axtarış sətrinə "Clopos Tablet Menu" yazaraq tətbiqi tapın və ya birbaşa aşağıdakı linkə daxil olun:
https://play.google.com/store/apps/details?id=clopos.qr.menu.qr_menu_flutter
Yüklə düyməsinə klikləyərək tətbiqi planşetə endirin və quraşdırın.
2. Tətbiqin açılması
Tətbiq yüklənib quraşdırıldıqdan sonra, planşetin ana ekranında və ya tətbiqlər siyahısında görünən Clopos Tablet Menu ikonasına toxunaraq tətbiqi açın.
İlk açılışda sizdən restoranın unikal linkini daxil etməyiniz tələb ediləcək.
3. Brend linkinin daxil edilməsi
Açılan Welcome ekranında Link sahəsinə restoranınızın brend linkini daxil edin. Bu link restoranınızın Clopos QR menyu ünvanıdır və adətən brendadınız.clopos.menu formatındadır (məsələn: oktay.clopos.menu).
Linki daxil etdikdən sonra Continue düyməsinə klikləyin.

4. PIN kodun təyin edilməsi
Continue düyməsinə kliklədikdən sonra Enter your PIN ekranı açılacaq. Bu mərhələdə 4 rəqəmli PIN kod təyin etməlisiniz.
PIN kod aşağıdakı məqsədlər üçün istifadə olunur:
- Tətbiqin kilidlənməsi və icazəsiz giriş edilməsinin qarşısının alınması
- Tətbiqdən çıxış zamanı təsdiq olaraq tələb olunması
- Müştərilərin səhvən tətbiqdən çıxmasının və ya ayarlara müdaxilə etməsinin qarşısının alınması
Özünüz üçün yadda saxlaya biləcəyiniz 4 rəqəmli PIN kodu daxil edin və Continue düyməsinə klikləyin.

5. QR menyunun aktivləşdirilməsi
PIN kod təyin edildikdən sonra tətbiq restoranınızın əsas QR menyusunu yükləyir və istifadəyə hazır vəziyyətə gətirir. Ekranda restoranın adı, loqosu, xidmət növləri (Takeaway, Çatdırılma) və əsas menyu bölmələri — Menyu, Bəxşiş, Dəyərləndirmə — görünəcək. Ekranın aşağı hissəsində isə restoranın ünvanı və xəritə üzərində yerləşdiyi nöqtə əks olunur.Artıq müştəriləriniz planşet üzərindən menyuda mövcud olan məhsullara baxa, onları səbətə əlavə edə və sifarişlərini rahat şəkildə verə bilərlər. Bu funksiya həm müştəri məmnuniyyətini artırır, həm də iş prosesinin daha operativ aparılmasına imkan yaradır.
6. Tətbiqdən çıxış
Tətbiqdən çıxış etmək lazım gələrsə (məsələn, tətbiqi başqa filialda istifadə etmək və ya linki dəyişmək üçün), aşağıdakı addımları izləyin.
Əsas menyu ekranının aşağı sağ küncündə yerləşən dişli çarx (Settings) işarəsinə toxunun.

Açılan Ayarlar səhifəsində Çıxış ** düyməsini seçin. Sistem sizdən təyin etdiyiniz **4 rəqəmli PIN kodu daxil etməyi tələb edəcək.

Yeniləndi: 17/04/2026
Təşəkkürlər!