Məqalələr: Menyu
Bu məqalə də mövcuddur:

Silinmiş məhsulların bərpası

Clopos sistemində silinmiş məhsulun bərpası


Clopos sistemində silinmiş məhsulları müəyyən müddət ərzində bərpa etmək mümkündür. Bu funksiya, xüsusilə məhsulun səhvən silindiyi hallarda məlumat itkisinin qarşısını almaq və məhsulu yenidən sıfırdan yaratmağa ehtiyac qalmaması üçün nəzərdə tutulub.

Silinmiş məhsul bütün parametrləri (kateqoriya, qiymət, tip və digər təyin edilmiş xüsusiyyətlər) ilə birlikdə geri qaytarılır.



Silinmiş məhsullar sistemdə 60 gün müddətində saxlanılır. Bu müddət bitdikdən sonra məhsul sistemdən tam silinir və onun bərpası mümkün olmur.


Silinmiş məhsulu necə bərpa etmək olar?


Silinmiş məhsulun bərpası üçün aşağıdakı addımları yerinə yetirin:


Arxa panelə daxil olun, sonra Menyu → Məhsullar → Silinmiş bölməsinə keçid edin. Bərpa ediləcək məhsulun üzərinə siçanın sağ düyməsi ilə klikləyin və açılan menyudan “Bərpa et” seçimini seçin.

Yarımfabrikat və İnqrediyentlərin Bərpası

Eyni bərpa prosesi menyu məhsulları üçün olduğu kimi, Yarımfabrikatlarİnqrediyentlər üçün də keçərlidir. Əgər yarımfabrikat və ya inqrediyent səhvən silinibsə, onları 60 gün ərzində bərpa etmək mümkündür.

Bərpa etmək üçün:

Menyu → Yarımfabrikat/ İnqrediyent bölməsinə daxil olun.

Silinmiş bölməsini açın.

Siyahıdan müvafiq yarımfabrikat və ya inqrediyent seçin.

Sağ klik“Bərpa et” seçimini edin.


İcazənin aktiv edilməsi


Silinmiş elementlərin bərpası üçün istifadəçi rolunda müvafiq icazə aktiv olmalıdır.

Bunun üçün:

Əməkdaş → Vəzifələr **bölməsinə daxil olun. Əməkdaşınızın vəzifəsini tapın və üç nöqtəyə klikləyərək “Dəyişdir” seçin. Daha sonra bölmədə **“Silinmiş elementlərin idarə olunması” icazəsi aktiv edilməlidir.



Bu icazə olmadan istifadəçi:

  • Silinmiş elementləri görə bilməz
  • Onları bərpa edə bilməz
  • Silinmişlər bölməsini idarə edə bilməz

Əgər bərpa seçimi görünmürsə, sistem administratoru tərəfindən bu icazənin aktiv olub-olmadığını yoxlamaq tövsiyə olunur.


Yeniləndi: 27/02/2026

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!