Məqalələr: Terminal
Bu məqalə də mövcuddur:

🪑 Satış Terminalında Masa Rəngləri

Sistemdə masaların rəngi aşağıdakı üç vəziyyətə görə dəyişir:


Rəng

Mənası

🔵 Mavi

Masa sizə aiddir.

🟣 Bənövşəyi

Masa başqa bir əməkdaşa məxsusdur.

🔴 Qırmızı

Masaya təyin edilmiş vaxt limiti keçib.



🔴 Qırmızı Rəngin Məqsədi:


Masada çek açıldıqdan sonra təyin etdiyimiz müddət ərzində əgər masaya heç bir məhsul əlavə edilmirsə və ya son əlavə edilən məhsuldan sonra təyin etdiyimiz müddət qədər vaxt keçdikdə masanın rəngi Qırmızı rəngə dəyişir.



⚙️ Rəng Dəyişmə Qaydalarının Ayarlanması


Masa rənglərinin avtomatik dəyişməsini arxa paneldən tənzimləyə bilərsiniz:


  1. Arxa panelə daxil olun.
  2. Menyudan Tənzimləmələr → Terminal bölməsinə keçin.
  3. “Masa rənglərinin dəyişdirilməsi” funksiyasını aktiv edin. ✅
  4. Funksiya aktiv olduqdan sonra, aşağıda yeni bir sahə açılacaq:


  • Bu sahədə masanın neçə dəqiqədən sonra qırmızı rəngə keçməli olduğunu təyin edə bilərsiniz.
  • Məsələn: 30 yazsanız, masa açıldıqdan sonra 30 dəqiqə ərzində sifariş vurulmayıbsa və ya son sifarişdən 30 dəqiqə vaxt keçibsə avtomatik olaraq qırmızıya çevriləcək.


💡 Qeyd: Təyin edəcəyimiz müddət 10 dəqiqədən aşağı və 1000 dəqiqədən yuxarı ola bilməz.



Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:


+994 12 310 22 66

Yeniləndi: 08/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!