👥 Müştəri Bölməsi Yenilikləri
Clopos-da müştəri və məhsul idarəetməsini daha rahat etmək üçün iki yeni dəyişiklik əlavə olundu!
Müştəri balanslarının cəmi göstərilir - Artıq Müştərilər bölməsində hər bir müştərinin balansı ilə yanaşı, ümumi balans cəmi də göstərilir. Bu dəyişiklik, ümumi maliyyə vəziyyətinə tez baxış imkanı yaradır və idarəetməni sadələşdirir.
Yeni Tərcümə tabı - Məhsul kartının içərisindəki tərcümə bölməsi artıq QR menyudan ayrılaraq ayrıca tab şəklində təqdim olunur. İndi məhsulun tərcümələrini daha aydın və rahat şəkildə redaktə etmək mümkündür.
Faydası: Bu yeniliklər sayəsində həm maliyyə məlumatlarının idarə edilməsi, həm də tərcümə prosesi daha səliqəli və istifadəyə rahat hala gətirilib.

Yeniləndi: 20/11/2025
Təşəkkürlər!