Əməkdaş kartının əlavə olunması
Clopos Sistemə Giriş üçün Əməkdaş Kartının Əlavə Edilməsi Prosesi
- Kartı istifadə edəcəyiniz terminaldan arxa panelə daxil olun.
- Əməkdaş → İstifadəçilər bölməsinə keçid edin.
- Sistemə əlavə etmək istədiyiniz istifadəçini siyahıdan seçin və üzərində sağ klikləyin.
- Açılan menyudan Dəyişmək seçimindən istifadə edin.
- Kart sahəsinə maus göstəricisini gətirib klikləyin.
- Kartı terminalın kart oxuyucusuna toxundurun və ya sürüşdürün.(bu, kartın növündən asılıdır)
- Saxla düyməsini vuraraq kart məlumatlarının sistemdə saxlanılmasını təmin edin.
Əməkdaş kartını admin parolu kimi təyin etmək mümkündür. Bunun üçün arxa paneldə Tənzimləmələr → Terminal bölməsinə daxil olun və Parol tələb edilən fəaliyyətlər pəncərəsini açın. Daha sonra Admin parol hissəsinə toxunun və kartınızı ya toxundurun, ya da sürüşdürün (bu, kartın növündən asılıdır). Bu addımı tamamladıqdan sonra əməkdaş kartınız admin parolu kimi qeyd olunacaq və bütün müvafiq əməliyyatlarda istifadə edilə biləcək
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:
Yeniləndi: 08/10/2025
Təşəkkürlər!