🆕Barkod generatoru: İstehsal və son istifadə tarixi
🆕 Yenilik: Barkodda istehsal və son istifadə tarixləri.
Artıq barkod çapında istehsal və son istifadə tarixlərini idarə etmək mümkündür.
🔄 Necə işləyir?
Barkod generatoru modulu aktiv olduqda İnqrediyent, Yarımfabrikat, Hazır məhsul və Tex. karta tipli məhsullar üçün saxlanma müddəti (saat və ya gün) təyin etmək mümkündür.
Menu → Məhsullar bölməsində məhsullar seçilib “Barkodları çap et” seçildikdə:
- 🗓️ İstehsal tarixi avtomatik olaraq cari tarixlə doldurulur (istifadəçi dəyişə bilər).
- ⏳ Son istifadə tarixi saxlanma müddətinə əsasən avtomatik hesablanır.
- 🏷️ Bu tarixlərin barkodda görünməsi Barkod ayarlarından idarə olunur.
🎯 Nəticə:
📦 Etiketləmə prosesində daha az manual səhv.
⏱️ Son istifadə tarixlərinin avtomatik və düzgün hesablanması.
📊 İnventar və istehsal üzərində daha rahat nəzarət imkanı.

Yeniləndi: 05/03/2026
Təşəkkürlər!