Ticarət əlavəsi və Ümumi marja
Məhsulun maya dəyəri və satış qiyməti tətbiq edildikdən sonra, Ticarət əlavəsi və Ümumi marja təyin edilir. Bunu Arxa panel →Menyu →Məhsullar bölməsindəki sütunlarda görə bilərsiniz.
- Ticarət əlavəsi hər hansı məhsulun maya dəyərinin üzərinə neçə faiz əlavə olunaraq satıldığı göstərilir.
- Ümumi Marja isə satılmış məhsulun neçə faiz gəlir olaraq qaldığı göstərilir.
Məsələn: Məhsul - Coca-Cola 330ml, maya dəyəri 1.40 azn, satış qiyməti isə 4 azn təyin edilib. Bu zaman Ticarət əlavəsi və Ümumi marja aşağıdakı kimi hesablanacaq:
- Ticarət əlavəsi (Markup) : (4-1.40) / 1.40 * 100 = 185.71%
Ümumi Marja (Margin) : (4-1.40) / 4 * 100 = 65%
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:
Yeniləndi: 08/10/2025
Təşəkkürlər!