Məqalələr: Modullar və inteqrasiyalar
Bu məqalə də mövcuddur:

Wolt inteqrasiyası

Wolt Sifarişlərinin Avtomatlaşdırılması və Clopos Sistemində Çeklərin Açılması:


Wolt sifarişlərinin avtomatlaşdırılması və Clopos sistemində sürətli şəkildə çeklərin açılmasını istəyirsinizsə, arxa paneldəki "Tətbiqlər" bölməsinə daxil olun və "Hamısı" bölməsini seçin. Buradan Wolt inteqrasiyası modulunu aktivləşdirin. Aktivləşdirmədən sonra Tətbiqlər bölməsində Wolt düyməsi yaranacaq. Bu düyməyə daxil olaraq statusu aktiv edin. Əgər Wolt üçün xüsusi bir satış üsulu yaratmısınızsa, Wolt çatdırılmaÖzü götürmə bölməsində həmin satış üsulunu seçə bilərsiniz. İnteqrasiya nəticəsində açılacaq çek də məhz bu seçilmiş satış üsulunda yaradılacaqdır.


Bundan əlavə, Wolt tərəfindən təqdim edilmiş Restoran Wolt IDUnikal kod-un daxil edilməsi tələb olunur.



Wolt İnteqrasiyası Üçün Tənzimləmələr:


Əgər Wolt sifarişlərinizi inteqrasiya etmək istəyirsinizsə, ilk növbədə Woltun arxa panelinə daxil olmağınız lazımdır. Woltun arxa panelinə giriş əldə etdikdən sonra menyuların eyniləşdirilməsi prosesini icra etməlisiniz. Bunun üçün, Clopos sistemindəki menyunuzda olan məhsulların ID kodlarını Woltun menyusunda POS ID hissəsinə yazmalısınız. Bu, təkcə məhsullara deyil, həmçinin məhsul modifikatorlarının ID kodlarına da şamil edilməlidir.


Clopos-da Məhsul ID Kodlarına Baxış:


Clopos-da Məhsul ID-lərinə Necə Baxmaq Olar?


Clopos sistemində məhsulların ID kodlarını görmək üçün Menyu → Məhsullar bölməsinə daxil olun. Burada siyahıdakı hər bir məhsulun qarşısında göstərilən ID kodu həmin məhsulun unikal identifikasiya nömrəsidir.



Clopos-da Modifikator ID Kodlarının Tapılması

Clopos sistemində Menyu → Modifikator idarəetməsi bölməsinə daxil olun və modifikator qrupunun adına bir dəfə klikləyin. Sağ tərəfdə açılan pəncərədə həm modifikator qrupuna, həm də qrup daxilindəki məhsullara aid ID kodları göstərilir.


  • Modifikator qrupunun adı qarşısında görünən ID kodu Modifikator Qrupunun ID-si hesab olunur.
  • Qrupun daxilindəki hər bir məhsulun qarşısında görünən ID kodları isə Modifikator Məhsullarının ID-ləridir.



Woltda POS ID-lərin yazılması:


Wolt-da POS ID Necə Təyin Edilir?


Wolt-un Listing Manager səhifəsinə daxil olduqda, yuxarıda iki əsas bölmə görünür: ListingOptions.


  • Listing bölməsi – menyuda yer alan texniki kartların (yəni məhsulların) idarə olunduğu hissədir.
  • Options bölməsi – modifikatorların (məsələn, əlavə souslar və s.) idarə olunduğu hissədir.


Əgər Wolt üzərindən hər hansı texniki kartaya POS ID təyin etmək istəyirsinizsə, Listing bölməsinə keçid edin və məhsulun qarşısında yerləşən qələm işarəsini klikləyin.



Məhsul üzərindəki qələm işarəsinə klik etdikdən sonra ekranın sağ tərəfində bir pəncərə açılır. Bu pəncərədə Advanced bölməsinə keçin.


Daha sonra Product Identifiers hissəsinə daxil olun və burada POS ID sahəsini tapın. Clopos sistemində həmin məhsula uyğun olan ID kodunu bu sahəyə qeyd edin.


Əlavəni tamamladıqdan sonra Save düyməsinə klik edərək dəyişiklikləri yadda saxlayın.



Wolt-da Modifikatora POS ID Necə Təyin Edilir?


Wolt platformasında modifikatora POS ID təyin etmək üçün əvvəlcə məhsula aid olan modifikatora daxil olun. Buradan modifikatorun parametrlərinə keçərək uyğun sahəyə Clopos sistemindəki modifikatorun ID kodunu qeyd edin.


💡Woltda yaradılan modifikator ilə Cloposda yaradılan modifikator eyni olmalıdır.



Modifikatorun üzərinə klik etdikdən sonra, sağ tərəfdə bir pəncərə açılır. Bu pəncərədə modifikatorun seçimlərini görə bilərsiniz. POS ID-ləri əlavə etmək üçün "Edit" düyməsini klikləyin.



Modifikator və Seçimlər üçün POS ID Əlavə Etmək


Yuxarıda qeyd olunan bölmədə modifikator qrupunun POS ID kodunu qeyd edirik. Modifikator qrupları "MG_" prefiksi ilə başlayır və, məsələn, "MG_6" formatında yazılır.


Modifikatorun içindəki məhsulların (option choices) POS ID kodları isə Option choices bölməsindəki POS ID sahəsinə əlavə edilir. Burada hər bir seçim üçün "M_" prefiksi istifadə olunur, məsələn, "M_16" formatında.



Menyuların Eyniləşdirilməsindən Sonra Token və Webhook URL Təqdimatı


Menyular eyniləşdirildikdən sonra, Clopos sistemi tərəfindən sizə TokenWebhook URL təqdim olunur. Bu kodlar Wolt şirkətinə təqdim edilməlidir. Bu mərhələni tamamladıqdan sonra menyuda dəyişiklik etmək mümkün olmayacaq, buna görə bu prosesi ən sonda həyata keçirmək tövsiyə olunur.


Wolt İntegrasiyasından Sonra Bilməli Olduqlarınız:


Wolt sifarişi Clopos bildiriş panelinə gəldikdə iki seçim ilə qarşılaşırsınız: Təsdiq etİqnore et.


  • Təsdiq et: Sifarişi təsdiqlədiyiniz zaman, hazırlanma müddətini seçə bilərsiniz.
  • İqnore et: Sifarişi iqnor etdiyiniz zaman Wolt-da da həmin sifariş iqnor edilir.


Wolt-da Sifarişin İqnor Edilməsi:

Əgər sifarişi Clopos yox, birbaşa Wolt vasitəsilə iqnor etsəniz, Clopos-da yalnız İqnore et seçimi aktiv olacaq və məcbur olaraq bu seçim edilməlidir.


Wolt-da Sifarişin Təsdiqlənməsi:

Wolt panelində sifarişi təsdiqləsəniz, həmin sifarişin Clopos ilə inteqrasiyası kəsiləcək. Təsdiq et sözü Yeni çek sözü ilə əvəz olunacaq. Yeni çek yarat seçimi ilə, sifarişdəki məhsullarla birgə yeni bir çek açılacaq, lakin bu çekin Wolt ilə inteqrasiyası olmayacaq. Bu seçim yalnız hesabatların düzgün aparılması üçün nəzərdə tutulub.


Stop Listə uyğun Sifariş Qəbulu


Stop list-ə əlavə edilmiş məhsuldan artıq sayda sifariş qəbul edilə bilməz. Əgər məhsul Stop list-dədirsə və say limiti keçərsə, yeni sifarişlər qəbul edilməyəcək. Sifariş yalnız düzəliş edildikdən sonra, yəni Stop list-dəki miqdar dəyişdirildikdən sonra qəbul ediləcək və çək yaradılacaq.



Wolt Menyu Sinxronizasiyası


Clopos-dakı menyunu Wolt menyusu ilə eyniləşdirməyin başqa bir üsulu da menyu inteqrasiyasıdır. Bunun üçün əvvəlcə zəruri məlumatları – restoranın Wolt ID-si, unikal kodu, istifadəçi adı və parolunu – müvafiq sahələrə daxil edirsiniz. Daha sonra Wolt-a hansı kateqoriyadakı məhsulların göndəriləcəyini seçirsiniz. Seçilmiş kateqoriyadakı məhsullara Etiket Meneceri vasitəsilə etiket təyin olunur və yalnız həmin etiketə malik məhsullar “seçilmiş” hesab edilir. Sistem aşağı hissədə uyğun gələn məhsulların ümumi sayını göstərir; bu say həm seçilmiş kateqoriyadakı etiketlənmiş məhsulları, həm də onların şəkillərinin mövcudluğunu nəzərə alır.



Əgər həmin məhsulların Clopos menyusunda şəkli varsa, məhsul məlumatları ilə yanaşı bu şəkillər də avtomatik olaraq Clopos menyusundan Wolt menyusuna ötürülür. Əks halda, yəni məhsulun şəkli yoxdursa, həmin məhsul ümumiyyətlə Wolt menyusuna göndərilmir. Menyu sinxronizasiyası düyməsinə klik edərək inteqrasiyanı tamamlaya bilərsiniz. Menyunun Wolt sisteminə tam yüklənməsi təxminən 30 dəqiqə ərzində baş tutur. Əgər Wolt-da artıq mövcud menyunuz varsa, bu menyu silinərək yeni əlavə etdiyiniz menyu ilə əvəz olunacaq.

Bununla yanaşı, Wolt-a göndərilən məhsul adları menyuda gördüyünüz əsas adlar deyil. Burada QR menyu üçün tərtib edilən Tərcümə bölməsində qeyd etdiyiniz məhsul adı Wolt-a ötürülür. Əgər tərcümə sahəsi doldurulmayıbsa, bu halda sistem avtomatik olaraq menyuda qeyd olunan əsas məhsul adından istifadə edir. Tərcümə sahəsinin qarşısında yerləşən “Açıqlama” bölməsində də hər bir məhsul üçün müvafiq mətn qeyd olunmalıdır. Çünki inteqrasiya zamanı məhsulun açıqlaması boş qaldıqda, həmin məhsulun Wolt-a köçürülməsi ilə bağlı texniki problemlər yarana bilər. Buna görə də menyunu Wolt-la sinxronizasiya etməzdən əvvəl bütün məhsulların açıqlama hissəsinin doldurulması tövsiyə olunur.



Qiymət cədvəli və modifikator


Qiymət cədvəlindən istifadə edərək menyuda olan məhsulların qiymətlərini Wolt-da tətbiq olunan qiymətlərlə uyğunlaşdıra bilərsiniz. Qiymət cədvəli Özü götürməWolt çatdırılma bölmələrində təyin etdiyiniz satış üsuluna uyğun olaraq seçilir. Siz qiymət cədvəlini Wolt satış üsuluna təyin etdikdə, həmin cədvəldə qeyd etdiyiniz məbləğlər inteqrasiya zamanı menyu ilə birlikdə Wolt-a ötürülür və menyu bu qiymətlər əsasında yüklənir.

Menyu sinxronizasiyasından sonra modifikatorların qiymətlərini ayrıca Wolt tərəfdə düzəltməyiniz vacibdir. Clopos sistemi modifikatorlar üçün qiymət cədvəli tərtib etmədiyindən, onlara Wolt-a uyğun ayrıca xüsusiləşdirilmiş qiymət təyin etmək mümkün deyil. Bu səbəbdən modifikatorların qiymətlərini menyu sinxronizasiyası tamamlandıqdan sonra birbaşa Wolt sistemində dəyişməlisiniz.


Əgər Clopos-da hər hansı bir məhsulun məlumatlarını dəyişmisinizsə, menyunu yenidən sinxronizasiya edə bilərsiniz. Lakin nəzərə alın ki, əgər məhsula bağlı modifikatorlarınız varsa, sinxronizasiyadan sonra onları Wolt daxilində yenidən sazlamalı olacaqsınız.


Yeniləndi: 03/12/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!