Məqalələr: Maliyyənin idarə edilməsi
Bu məqalə də mövcuddur:

Ticarət əlavəsi və Ümumi marja

Məhsulun maya dəyəri və satış qiyməti tətbiq edildikdən sonra, Ticarət əlavəsi və Ümumi marja təyin edilir. Bunu Arxa panel →Menyu →Məhsullar bölməsindəki sütunlarda görə bilərsiniz.


  • Ticarət əlavəsi hər hansı məhsulun maya dəyərinin üzərinə neçə faiz əlavə olunaraq satıldığı göstərilir.
  • Ümumi Marja isə satılmış məhsulun neçə faiz gəlir olaraq qaldığı göstərilir.




Məsələn: Məhsul - Coca-Cola 330ml, maya dəyəri 1.40 azn, satış qiyməti isə 4 azn təyin edilib. Bu zaman Ticarət əlavəsi və Ümumi marja aşağıdakı kimi hesablanacaq:


  • Ticarət əlavəsi (Markup) : (4-1.40) / 1.40 * 100 = 185.71%
  • Ümumi Marja (Margin) : (4-1.40) / 4 * 100 = 65%



Yeniləndi: 17/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!