Məqalələr: Texniki məsələlər və onların həllləri

🌐 Terminalda İnternet Xətası və Onun Həlli

1️⃣ Əsas Yoxlamalar 🔍


  1. İnternetin olub-olmadığını yoxlayın🌎
  • Ümumi məkanda internet işləyirmi, yoxlayın.
  1. LAN kabelini yoxlayın 🔌
  • Kabel terminala düzgün taxılıb-taxılmadığını yoxlayın.
  • LAN indikator işıqlarına baxın:
  • Yaşıl işıq yanıb-sönməli
  • Sarı işıq daimi yanmalıdır
  • Bəzi hallarda bu əksinə ola bilər
  1. LAN xəttinin qoşulduğu cihazı yoxlayın 🖧
  • Kabel Switch və ya Router-ə qoşulmalıdır.
  • Təkcə yaşıl və ya sarı işıq yanırsa, kabelin digər ucunu yoxlayın. Digər ucu Switch/Router-dən çıxmış və ya cihaz sönülü ola bilər.


2️⃣ Cihazları Yenidən Başladın 🔄


  1. Router-i söndürüb-yandırın 📶

Router-ə internet göy port vasitəsilə gəlir.

Qoşulu cihazı da restart edin.

  1. Əsas modemi (provayderin verdiyi) söndürüb-yandırın 🏠
  2. Router və Switch-in elektrikə qoşulu olduğunu yoxlayın ⚡

Birdən çox Switch varsa, hamısını yoxlayın.


3️⃣ Kabel və Yerleşim Yoxlamaları 📍


  1. Cihazların yerlərini müəyyənləşdirin 🗺️
  2. Bütün LAN kabel indikatorlarını yoxlayın 💡
  • Heç bir xəttin işığı sönük olmamalıdır.
  1. Router-ə başqa router qoşmayın 🚫
  • Yalnız Extender rejimi istisnadır.
  1. Ətrafı yoxlayın 👀
  • Switch və ya Router-dən çıxmış kabel olub-olmadığını yoxlayın.
  1. Şəbəkə dövrü yaratmayın 🔄
  • Switch və ya Router-dən çıxan xətt eyni cihazın özünə qoşulmamalıdır.


4️⃣ IP və Ethernet Yoxlamaları 🌐


  1. IP konfiqurasiyasını yoxlayın 🖥️
  • CMD-də ipconfig yazaraq IP ünvanını yoxlayın.
  • Başqa şəbəkənin statik IP məlumatları qeyd edilməməlidir.
  1. Ethernet adapterini deaktiv edib yenidən aktiv edin 🔧
  2. Statik ayarları yoxlayın ⚙️
  • Ethernet qoşulu olduğu halda internet gəlmirsə, amma digər cihazlarda işləyirsə, IP statik ayarlarını yoxlayın.

Yeniləndi: 16/03/2026

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!