Məqalələr: Statistika
Bu məqalə də mövcuddur:

Satılmayan Məhsullar Hesabatı – Yeni Funksionallıq

Satılmayan Məhsullar Hesabatı



Arxa panel(Back office) sistemində mövcud olan “Satılmayan məhsullar” hesabatı istifadəçilərə dövriyyəsi zəif olan və ya müəyyən müddət ərzində satışı baş tutmayan məhsulları izləmək imkanı yaradır. Bu hesabat inventar idarəçiliyinin təkmilləşdirilməsi və məhsul portfelinin analiz olunması üçün nəzərdə tutulub.


Back Office → Statistika → Hesabatlar → Satılmayan məhsullar bölməsində yerləşən bu hesabatda satılmayan məhsullar üzrə əsas məlumatlar cədvəl şəklində təqdim olunur.

Hesabatda hər bir məhsul üzrə:

  • Son satış tarixi
  • Maya dəyəri
  • Satış qiyməti
  • Məhsulun növü

kimi vacib göstəricilər əks olunur.


Hesabatdan istifadə qaydası olduqca sadədir:

  1. Arxa panel(Back office) sisteminə daxil olunur.
  2. Statistika → Hesabatlar → Satılmayan məhsullar bölməsi seçilir.
  3. Açılan cədvəldə məhsullar üzrə aşağıdakı məlumatlar görünür:
    • Məhsulun adı
    • Növü
    • Satış qiyməti
    • Maya dəyəri
    • Son satış tarixi

Siyahını tarixə, kateqoriyaya və digər meyarlara görə məhdudlaşdırmaq üçün mövcud filtrlərdən istifadə etmək mümkündür.



Satılmayan məhsullar hesabatının əsas məqsədləri:

  • Satılmayan və ya dövriyyəsi zəif olan məhsulları operativ şəkildə müəyyən etmək
  • Anbarda yığılıb qalan məhsulları analiz etmək
  • Maya dəyərini nəzərə alaraq daha düzgün inventar qərarları vermək
  • Zərər riskini azaltmaq və mənfəətliliyi artırmaq



Bu hesabat satış dinamikasını izləməyə, dövriyyəsi zəif məhsulları vaxtında müəyyən etməyə və inventar idarəçiliyində daha effektiv qərarlar verməyə kömək edir.


Yeniləndi: 25/02/2026

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!