🧾 QR Menyuda Reklam Əlavə Etmək Artıq Mümkündür!
Artıq restoran sahibləri Back Office → QR Menyu → Reklamlar bölməsi vasitəsilə QR menyu üçün reklam (banner şəkli + mətn) yarada bilərlər!
Müştərilər menyunu açanda bu reklam onlara popup şəklində göstərilir.
Əsas üstünlüklər:
- Endirimləri, kampaniyaları və xüsusi menyuları birbaşa QR menyuda tanıtmaq imkanı
- Müştərilər reklamı dərhal görürlər, əlavə axtarışa ehtiyac yoxdur
- Reklamların idarəsi çox asan və çevikdir: əlavə et, düzəlt, aktiv/deaktiv et
Restoran sahibləri üçün (Back Office): **Yeni **“Reklamlar” bölməsi QR Menyu modulunun içindədir. Buradan:
- Şəkil yükləmək
- İstəyə görə başlıq və təsvir əlavə etmək
- Reklamları saxlamaq və idarə etmək mümkündür.
- Eyni anda yalnız 1 aktiv reklam ola bilər.
- Reklamlar ON/OFF düyməsi ilə idarə olunur.
Müştərilər üçün (QR Menyu):
- Aktiv reklam varsa → menyu açıldıqdan 2 saniyə sonra popup görünür.
- Reklam yoxdursa → menyu normal şəkildə açılır.
Yeniləndi: 06/11/2025
Təşəkkürlər!