Məqalələr: QR Menyu

QR Menyu- Menyu quruluşu

QR Menyu- Menyu qurulıuşu

Bu bölmə QR Menyu üçün xüsusi olaraq hazırlanmışdır. Burada edilən dəyişikliklər yalnız QR menyuya təsir edir — terminalda görünən menyuya deyil.

QR Menyu quruluşunda siz məhsulların və kateqoriyaların sırasını dəyişə bilərsiniz. Məsələn, ən çox satılan məhsulları yuxarıya, mövsümi təklifləri ön plana çıxara bilərsiniz.


Bölməyə daxil olun

  1. Arxa panel-ə daxil olun.
  2. Sol menyudan QR Menyu bölməsini seçin.
  3. Menyu quruluşu alt bölməsinə klikləyin.


Ekranda menyu Kateqoriyaları sütun şəklində görünəcək.

Kateqoriya seçin

  • Hər hansı bir kateqoriyanın üzərinə klikləyin.
  • Həmin kateqoriyaya aid Məhsullar sütunu açılacaq.
  • Bu sütunda o kateqoriyanın bütün məhsullarını görəcəksiniz.


Sıranı dəyişin (Sürükle-Burax)

  1. Yeri dəyişdirmək istədiyiniz məhsulun və ya kateqoriyanın yanındakı 2 xətt (☰) ikonunun üzərinə mausunuzu gətirin.
  2. Bu zaman kursor əl (✋) işarəsinə çevriləcək.
  3. Mausun sol düyməsini basılı tutun.
  4. Elementi istədiyiniz yerə yuxarı və ya aşağı sürüşdürün.
  5. Düzgün yerə gəldikdə mausu buraxın.


Eyni prosesi həm kateqoriyalar, həm də məhsullar üçün tətbiq etmək mümkündür.

Dəyişiklikləri yadda saxlayın

  • Bütün düzəlişləri etdikdən sonra yuxarıdakı "Saxla" düyməsinə klikləyin.
  • Dəyişikliklər dərhal QR menyuda görünəcək.


💡 "Saxla" düyməsinə klikləməsəniz, etdiyiniz dəyişikliklər yadda saxlanmayacaq. Əgər həm terminal, həm də QR menyunu eyni vaxtda yeniləmək istəyirsinizsə, hər iki bölmədə ayrıca dəyişiklik etməlisiniz.

Yeniləndi: 04/03/2026

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!