Məqalələr: Menyu
Bu məqalə də mövcuddur:

Qiymət cədvəllərinin Excel ilə import edilməsi

Çoxlu sayda məhsula Qiymət cədvəlləri təyyin etmişiksə onları bir-bir dəyişmək əvəzinə, hamısını Excel faylı ilə toplu şəkildə yeniləyə bilərsiniz. Bunun üçün əvvəlcə məhsul siyahısını Excel formatında ixrac edir, faylda yeni qiymətləri hazırlayır, sonra isə həmin faylı qiymət cədvəllərinə import edirsiniz.


Məhsul siyahısını ixrac etmək


Arxa paneldə Menyu → Məhsullar bölməsinə daxil olun. Burada bütün məhsullarınız görünür. Sağ üst hissədəki cədvəl (sütun) ikonuna klikləyib sizə lazım olmayan sütunları bağlayın və yalnız AdQiymət sütunlarını aktiv saxlayın.


Daha sonra sağ yuxarıdakı ixrac (endir) ikonuna klikləyin, açılan pəncərədə Siyahı seçimini edin və Endir düyməsi ilə faylı Excel formatında kompüterinizə yükləyin.


Excel faylını hazırlamaq

Yüklədiyiniz Excel faylını açdıqda qarşınıza üç sütun çıxır: Id, AdQiymət.


  • Faylda yeni bir price sütunu yaradın.
  • Id sütununun adını dəyişərək product_id edin.
  • Məhsulların adına və hazırkı qiymətinə baxaraq price sütununda yeni qiymətləri qeyd edin.
  • Qiymətini dəyişmək istəmədiyiniz məhsulların sətirlərini silin.
  • Yeni qiymətləri yazıb bitirdikdən sonra Ad və köhnə Qiymət sütunlarını silin. Faylda yalnız product_idprice sütunları qalmalıdır.


Bu formada məhsulun adına və qiymətinə baxaraq Price sütununda yeni qiymətləri qeyd edirik.




Yeni qiymətləri əlavə etdikdən sonra Ad və Qiymət sütununu silirik və excel faylımız bu formada idxal (import) etmək üçün tam hazırdır.


Faylı qiymət cədvəlinə import etmək

Arxa panelə qayıdın və Tətbiqlər → Qiymət cədvəlləri bölməsinə keçid edin. Yaratdığınız cədvəlin qarşısındakı Import düyməsinə klikləyib hazırladığınız Excel faylını əlavə edin.


Bundan sonra fayldakı məhsulların hər birinə həmin qiymət cədvəlinə uyğun ikinci qiymət təyin olunmuş olur.


Qiymət cədvəlləri haqqında digər məqalə:
Qiymət cədvəlləri: Fərqli qiymət strategiyaları yaratmaq

Yeniləndi: 01/07/2026

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!