Məqalələr: Menyu
Bu məqalə də mövcuddur:

Hazır məhsul əlavə etmək


Cloposda alınan və alındığı kimi (formada) satılan mallar Hazır məhsul adlanır. Məsələn: kiçik həcmli sular (cola, sirab, sarıkız və s.), siqaretlər, saqqız və s.


Yeni məhsullar əlavə etmək üçün arxa paneldən Menyu → Məhsullar bölməsinə daxil olaraq sağ yuxarı hissədə yerləşən Yarat düyməsinə klik edirik.



Açılan kiçik pəncərədə hazır məhsullar sözünə vururuq.



Açılmış olan pəncərədə məhsula aid olan məlumatları daxil edirik. Hazır məhsul yaradan zaman əsas məlumatlar və ətraflı məlumatlar daxil edilir.


Ümumi:


  • Ad- Bu xanaya yaradılacaq olan məhsulun adı yazılır.
  • Barkod - Bu xanada hazır məhsulun barkodu qeyd olunur. Barkod hər bir məhsul üçün unikal olur və təkrarlana bilməz. Satış terminalına barkod oxuyucu qoşaraq məhsullarınızı barkodla da sata bilərsiniz. Bu hissəyə bir və ya bir neçə barkod təyin etmək mümkündür. Əgər mövcud barkodunuz varsa, onu daxil edə bilərsiniz. Əgər barkodunuz mövcud deyilsə, “Barkod yarat” düyməsindən istifadə edərək yeni barkod əlavə edə bilərsiniz. Yaradılan barkod yalnız bir dəfə yaradılır və təkrarlanmaz.
  • SKU - Məhsulun daxili unikal identifikasiya kodu (SKU), məhsulları sistemdə tez tapmaq, hesabatlarda və stok izləməsində fərqləndirmək üçün istifadə olunur. Məhsul yaradıldıqdan sonra belə, bu sahəni redaktə edərək SKU kodunu dəyişdirmək və ya silmək mümkündür. Bu, sistemin idarə edilməsini asanlaşdırır və məhsulun izlənməsi üçün daha dəqiq məlumatlar təmin edir.
  • Kateqoriya- Hazır məhsulun hansı kateqoriyada görünməsini istəyirsinizsə və ya aid edirsinizsə bu xanada daha əvvəldən yaratdığınız Kateqoriyanı seçin.
  • Şöbə- Bu xanada hazır məhsulu təqdim edəcək Şöbəni seçirik. Şöbələr də daha əvvəldən yaradılır, qruplaşdırılır.
  • Şəkil- Məhsulun şəklini yerləşdirmək üçün bu xanadan istifadə edin. Şəkillərin ölçüsünün 16x9 nisbətində və maksimum keyfiyyətli olmasına çalışın.
  • Aşağı ehtiyat - Bu sahəyə məhsulun miqdarını qeyd edirsiniz. Əgər anbardakı məhsulun miqdarı azalarsa və siz "Ehtiyat" bölməsində yerləşən Aşağı ehtiyat filtrindən istifadə edirsinizsə, həmin məhsul filtr nəticələrində axtarış siyahısında görünəcək.
  • Bildiriş - düyməsini aktiv etdiyiniz halda və Menecer proqramında "Minimum qalıq bildirişi" də aktiv olunubsa, anbardakı məhsul ehtiyatı azaldıqda bu barədə telefonunuza avtomatik olaraq bildiriş göndəriləcək.
  • Qiymət- Filiallarınız yoxdursa və ya filial arasında qiymət fərqi yoxdursa o zaman məhsulun satış qiymətini bu xanaya yazmalısınız.Əgər filiallara görə qiymət tərtib ediləcəksə, bu halda qiymət cədvəlindən istifadə edilməlidir.



Ətraflı:


  • Mühasibatlıq kateqoriyası - Bu xanada yaratdığınız hazır məhsula mühasibatlıq uçotu üzrə təyin edilmiş kateqoriya və ya kod əlavə edə bilərsiniz.


  • Maksimum qaytarılma günü - Maksimum qaytarılma gününü təyin etmək vacib amillərdəndir. Əgər siz tez xarab olan məhsul istehsal edib satırsınızsa və bu məhsul günlər, həftələr sonra sizə geri qaytarıla bilməz. Bu zaman siz həmin məhsulu yaradarkən mütləq Maksimum qaytarılma gününü müvafiq rəqəmdə göstərməlisiniz ki, satışdan göstərdiyiniz gün qədər keçdikdən sonra əməkdaşlarınız o məhsulu geri qaytarılma əməliyyatı edərək qaytara bilməsinlər.


  • Vergilər - Məhsulun satışı zamanı hansı vergi növünün tətbiq edilməsini bu xanada işarələyirik. Vergi dərəcələri barədə ayrıca bənddə məlumat verilmişdir.


  • Qeyri aktiv - Məhsulu aktiv etdikdə həmin məhsul satış terminalında əlçatan olacaqdır. Əks halda məhsulu yalnız arxa paneldə görmək mümkün olacaq.


  • Xidmət haqqı hesablanmasın - Bəzi məhsulların satışı zamanı, xidmət haqqının hesablanmasını istəmirsinizsə, bu halda müvafiq xananı işarələməlisiniz.


  • İkram - İkram xanasını işarələdikdə həmin məhsulu əməkdaşlarınız həm sata həm də hədiyyə olaraq verə bilərlər. Satış terminalında müvafiq məhsul əlavə edildikdən sonra məhsulun üzərinə vurduqda açılan pəncərə məhsulun İkram edilməsini işarələməklə qiymətini 0-a çevirmək imkanı vardır.


  • Anbarda hesablamanı ləğv et - Əgər məhsul yaradılarkən bu xananı işarələsəniz, o zaman bu məhsul satıldıqda, alındıqda, köçürüldükdə anbarda hesablama əməliyyatı aparılmayacaq.


💡"Anbarda hesablamanı ləğv et" düyməsi aktiv edildikdən sonra, bir daha deaktiv etmək mümkün deyildir. Bu funksiya aktiv edildiyi zaman anabarda olan miqdar sıfırlanacaqdır.


  • Pors - Pors seçimi adətən hazırlanan yeməklərə aid olur. Texkarta yaradarkən daha geniş istifadə edilir. Lakin bəzi hazır məhsulları da 0,5 pors, 2 pors kimi satmaq istəyirsinizsə bu zaman həmin məhsulu yaradarkən Pors işarəsini seçin.
  • Endirimi qadağan et - Bəzi məhsulları maya dəyərindən cüzi fərqlə satış edirsiniz və həmin məhsulun qətiyyən endirimlə satılmasına icazə vermirsiniz. Bu zaman müvafiq xananı işarələməlisiniz. Bu funksiyanı aktiv etdikdən sonra, əgər bu məhsul çekə əlavə edilərsə, məhsulun adının qarşısında * (ulduz) işarəsi görəcəksiniz.
  • Çəki ilə satılır - Bu xananı işarələməklə həmin məhsulun çəki ilə satıldığını bildirirsiniz. Bu halda həmin məhsulu satış terminalında satmaq istədikdə sistem onun çəkisini soruşur. Çəki yazıldıqdan sonra isə qiyməti hesablayaraq ekrana çıxarır.
  • Filiala görə - Siz məhsulları yaradarkən hər filiala görə terminalda və emenuda aktiv və qeyr-aktiv edə bilərsiniz. Bu zaman müvafiq xananı işarələməlisiniz.



Variantlar:


Açılmış olan pəncərənin ikinci bölümündə məhsula istənilən sayda variantlar verə bilərsiniz. Buna misal olaraq aşağıda göstərilmiş olan nümunədə Coca-Cola-nın çeşidləri yazılmışdır:



hissəsinə - hazır məhsulun adını yazırıq. Ad yazarkən (yaradarkən) diqqət etməli olduğumuz bəzi məqamlara nəzər salaq. Tutaq ki, hazır halda aldığımız və eyni formada satdığımız Coca-cola içkisini yaradırıq. Biz Coca-colanı müxtəlif qablaşdırmalarda alıb-satırıq. 0,33 litrlik və 0,5 litrlik plastik qablaşdırmalarda, 0,35 litrlik dəmir qablaşdırmada və s. Bu zaman Coca-colanı yaratmaq üçün bizim 2 yolumuz var:


  • Hazır məhsulları tək-tək - Coca-cola (0,33 litr, plastik), Coca-cola (0,5 litr, plastik), Coca-cola (1 litr, plastik) kimi yaratmaq
  • Coca-cola məhsulu yaradaraq ölçü vahidlərini və qablaşdırmaları variant olaraq yaratmaq.


💡 Hazır məhsulun variantlı şəkildə yaradılması yalnız məhsulun yaradılması zamanı təyin edilir. Daha sonra, düzəliş edərək hazır məhsulun variantını aktiv və ya deaktiv etmək mümkün deyil.




QR menyu:


QR menyu bölməsi məhsulun QR menyuda fərqli dillərdə görünməsi, kateqoriyasının və statusunun tənzimlənməsi üçün nəzərdə tutulmuş bir bölmədir . QR menyu ilə bağlı geniş məlumatı QR menyu sözünə klikləyərək əldə edə bilərsiniz.




Bütün məlumatları daxil etdikdən sonra Saxla düyməsinə vururuq.


Yeniləndi: 03/12/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!