Parolu unutmusunuz?
Brendinizin şifrəsini unutmusunuzsa, nə etməli?
Əgər brendinizin şifrəsini unutmusunuzsa, aşağıdakı addımları izləyərək onu bərpa edə bilərsiniz:

- Clopos.com saytına daxil olun və yuxarı sağ küncdəki Giriş düyməsini klikləyin.
- Açılan səhifədə brendinizin adını düzgün şəkildə qeyd edin. Əgər ad düzgün yazılıbsa, səhifə yenilənəcək və təsdiqləndiyinə dair bir işarə görünəcək.
- Daha sonra Parolu unutmusunuz? düyməsinə klikləyin.
- Açılan sahədə elektron poçt (e-mail) ünvanınızı daxil edin.
- Elektron poçt ünvanınıza təsdiq kodu göndəriləcək. Həmin kodu açılan səhifədəki Kod sahəsinə daxil edin.
- Təsdiq kodu düzgün daxil edildikdə, sizdən yeni şifrə yazmağınız tələb olunacaq.
- Yeni şifrəni daxil etdikdən sonra Parolu yenilə düyməsinə klikləyin.
Qeyd: Elektron poçt ünvanınıza göndərilən kod yalnız bir dəfə istifadə edilə bilər.
Əgər proses uğurla tamamlanarsa, hesabınıza daxil olduğunuz bütün cihazlardan avtomatik çıxış ediləcək və yeni şifrəniz aktiv olacaq.
Yeniləndi: 21/10/2025
Təşəkkürlər!