Məqalələr: Modullar və inteqrasiyalar
Bu məqalə də mövcuddur:

Online sifariş

Onlayn sifariş modulunu aktiv etmək


Onlayn sifariş modulunu aktiv etmək üçün, Arxa panel→ Tətbiqlər→ Hamısı bölməsinə daxil olub, Online sifariş moduluna qoşuluruq. Modul üzrə 29 AZN məbləğində ödəniş tələb olunur. (Bu ödəniş, aylıq ödəniş etdiyiniz abunəliyin üzərinə gəlmiş olacaq) Qoşulduqdan sonra Tətbiqlər bölməsinə modul əlavə edilir.




Onlayn sifariş modulunun görüntülənməsi


Arxa panel→ Tətbiqlər→ Onlayn sifariş bölməsinə daxil oluruq.


  • Status - modulu aktiv və ya deaktiv etmək mümkündür.


  • Sifarişin qəbul nöqtəsi - Pos və ya Whatsapp seçilə bilər.


  1. Pos - Elektron menyudan göndərilən sifarişlər birbaşa terminala yönləndirilir
  2. Whatsapp - Elektron menyudan göndərilən sifarişlər whatsapp hesabınıza sms vasitəsi ilə göndərilir.


  • Çatdırılma statusu - Sifariş zamanı çatdırılma satış üsulu seçilə bilsin.
  • Gəl al statusu - Sifariş zamanı gəl al satış üsulu seçilə bilsin.



Onlayn sifariş modulunun istifadəsi


Online sifariş modulunda sifariş qəbul nöqtəsi olaraq hansını seçmişiksə, sifarişlər ona gəlir. Bunun üçün bizə ümumi QR kod lazımdır. Ümumi QR kodu əldə etmək üçün, Arxa panel→ QR Menyu→ Tənzimləmələr bölməsinə daxil oluruq. Budara yerləşən QR kod vasitəsilə tətbiqə daxil ola və ya zip fayl şəklində yükləyə bilərsiz.



Bu QR kod ilə Müştəri menyuya daxil olduqdan sonra, seçilmiş məhsulları səbətə əlavə edib sifarişi tamamlamaq üçün, müştəri məlumatlarını qeyd edir. "Çatdırılma" və ya "Gəl al" statusunu da buradan seçim edir. Sifariş təstiqləndiyi halda, terminala bildiriş gəlir və siz sifarişi terminalda qəbul və ya ləğv edə bilərsiniz.



Modulda Whatsapp nömrəsi qeyd etdiyiniz halda sifaris Whatsapp nömrənizə bu şəkildə gəlir.



QR Menyunun idarə olunması və aşağıdakı mövzularla bağlı əlavə məlumat əldə etmək üçün bu məqalələri oxumağınızı məsləhət görürük:



Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:


+994 12 310 22 66

Yeniləndi: 08/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!