Müştəri yaratmaq
Müştəri bazasında müştəri adı, nömrəsi və ünvanı qeyd edilir ki, bu da onların xidmət və məhsul seçimlərini izləməyə imkan verir. Loyallıq proqramı çərçivəsində müştərilər hər alış-verişdə müəyyən bir faizlə kesbek (geri ödəniş) yığa bilərlər. Bu, müştərinin etdiyi alış-verişin bir hissəsinin ona geri qaytarılması deməkdir və müştərini daha çox alış-veriş etməyə təşviq edir.
Arxa paneldə müştəri yaratmaq
Arxa paneldə Marketing → Müştərilər bölməsinə daxil oluruq. Daha sonra , sağ yuxarı hissədə olan +Yarat düyməsinə klikləyirik.
Göstərilən boş xanaları doldurub Saxla düyməsinə klikləyirik.
Terminalda müştəri yaratmaq
Terminala daxil oluruq. Sağ yuxarı hissədə üç nöqtəyə klikləyirik.
Müştərilər bölməsinə klikləyirik.
Müştəri yarat düyməsinə klikləyirik.
Göstərilən boş xanaları doldurub Yarat düyməsinə klikləyirik.
💡Terminaldan müştəri üçün xəritədən seçilərək əlavə edilən ünvan Arxa paneldə redaktə edilə bilməz. Lakin, manual olaraq əlavə edilmiş ünvan redaktə edilə bilən olur.
Müştərilərin idarə olunması mövzusunda daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı məqalələri oxumağınızı tövsiyə edirik:
Müştəriləri Sistemə İmport Etmək
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:
Yeniləndi: 08/10/2025
Təşəkkürlər!