Məqalələr: Müştərilərlə iş
Bu məqalə də mövcuddur:

Müştəri qrupu yaratmaq

Müştəri qruplarının təyin edilməsi, fərqli müştəri kateqoriyalarına uyğun endirimlərtəkliflər təqdim etməyə imkan verir. Məsələn, iş yoldaşları, tələbələr və ya əməkdaşlıq edilən şirkətlər kimi fərqli qruplar yaradıla bilər. Hər bir qrupa xüsusi endirim faizi təyin edərək, müştərilər müəyyən qruplara daxil olduqda, avtomatik olaraq həmin endirimdən faydalana bilərlər. Bu yanaşma, satışların artırılmasımüştəri məmnuniyyətinin yüksəldilməsi üçün çox effektiv bir üsuldur.


Müştəri qrupu yaratmaq üçün arxa paneldə Marketinq → Müştəri qrupu bölməsinə daxil oluruq. Sonra, sağ yuxarı hissədəki +Yarat düyməsinə klikləyirik.



Daha sonra açılan səhifədə tələb olunan məlumatları qeyd edib, Saxla düyməsinə klikləyirik. Əgər qrup üçün birdəfəlik endirim faizi tətbiq etmək istəyiriksə, endirim bölməsində faiz (%) miqdarını təyin edirik.



Terminalda müştəriyə qrup tətbiq etmək


Satış terminalında müştəri qrupunu tətbiq etmək üçün, ekranın yuxarı hissəsində yerləşən üç xəttə klikləyirik.



Daxil olduğumuz bölümdə Müştərilər bölməsini klikləyirik.



Qrup tətbiq etmək istədiyiniz müştərinin üzrəinə klik edib müştəri redaktoru düyməsinə klikləyirik.



Açılan səhifədə lazım olan müştəri qrupunu seçib Saxla düyməsinə vururuq.



Arxa paneldə müştəriyə qrup tətbiq etmək


Arxa paneldə MarketinqMüştərilər bölməsinə daxil olub, qrupu tətbiq etmək istədiyimiz müştəridə dəyişmək sözünə klik edirik.



Qrup bölməsində istədiyimiz qrupu seçib, Saxla düyməsinə klikləyirik.




Qrup tətbiq edilən müştəri hesabına çek bağlamaq


Hesabı bağla düyməsinə klik etdikdən soran müştəri balansı sözünə klik edirik.



Tətbiq edəcəyimiz müştərini seçib, hesabı bağlayırıq. (seçilmiş müştəri qrupu üçün % dərəcəsini, müştəri adı olan xanada görmək mümkündür)



Müştərilərin idarə olunması mövzusunda daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı məqalələri oxumağınızı tövsiyə edirik:


Müştəri yaratmaq


Müştəri balansı


Müştəriləri Sistemə İmport Etmək


Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:


+994 12 310 22 66

Yeniləndi: 08/10/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!