Müştəri ekranı🖥️
Bu funksiya nə üçün lazımdır?
Clopos Müştəri Ekranı satış prosesində şəffaflığı təmin edən, alıcının rahatlıqla izləyə biləcəyi xüsusi bir interfeysdir. Bu ekran vasitəsilə kassada baş verən əməliyyatlar real vaxtda əks olunur və müştəri alış-veriş zamanı çek məbləğini, məhsul siyahısını və ümumi hesabı anında görə bilir. Sistem arxa paneldən idarə olunur, ekran isə vizual olaraq müştəriyə yönəldilir.
Əvvəllər Sifariş statusu ekranı və Müştəri ekranı modullarını idarə etmək üçün ayrıca tənzimləmələrə daxil olmaq tələb olunurdu. Bu isə xüsusilə bir neçə monitor ilə işləyən müəssisələrdə əlavə vaxt itkisinə səbəb olurdu. Yeni yenilik sayəsində hər iki modul artıq birbaşa terminalın özündən idarə oluna bilər — hansı monitorun nə göstərəcəyini tək bir yerdən, sadə şəkildə təyin etmək mümkündür.
Funksiya necə işləyir?
Müştəri ekranı bir növ "ikinci ekran" rolunu oynayır. Kassir satış əməliyyatlarını terminaldan icra etdiyi anda, həmin əməliyyatların məlumatları (məhsul adı, miqdarı, qiyməti və yekun məbləğ) sinxron şəkildə müştəriyə yönəlik ekranda əks olunur. Bu ekran müştərinin yalnız baxması üçün nəzərdə tutulub və hər hansı əməliyyata müdaxilə etməsi mümkün deyil.
Modulun aktivləşdirilməsi
Müştəri ekranının kompüterin digər ekranında əks etdirilməsi üçün əvvəlcə əlavə modul aktiv edilməlidir:
- Arxa panel → Tətbiqlər → Hamısı bölməsinə daxil olun.
- Müştəri ekranı modulunu qoşun.

Modulun aktivləşdirilməsi üçün ödəniş tələb olunmur. Modul qoşulduqdan sonra Tətbiqlər bölməsinə əlavə ediləcək.
Müştəri Ekranı üçün Şəkil Ayarları
Arxa paneldə Tətbiqlər → Müştəri Ekranı bölməsinə daxil olaraq statusu aktivləşdirin. Aktivləşdirdikdən sonra, çəkə daxil olunmadığınız müddətdə, Müştəri Ekranı 5 saniyədən bir dəyişəcək şəkilləri göstərməyə başlayacaq. Bu slayd formatı istəyə uyğun tənzimlənə bilər.
Burada maksimum 5 şəkil əlavə edə bilərsiniz. Əgər şəkil əlavə edilməzsə:
- Terminal ekranına əlavə olunmuş şəkil avtomatik göstərilir;
- Əgər heç bir şəkil əlavə edilməyibsə və terminal ekranında da şəkil mövcud deyilsə, standart olaraq Loqonuz əks olunur. Bu, ekranın boş görünməsinin qarşısını alır.

"Extend" rejimini aktiv etmək
Müştəri ekranından istifadə etmək üçün kompüteriniz ikili ekran rejimində (Extend mode) işləməlidir. Aktiv etmək üçün:
- Windows + P düymələrini sıxın.
- Açılan menyudan "Genişləndir (Extend)" seçin.
Bu, əsas və müştəri ekranlarının ayrı-ayrılıqda işləməsinə imkan verir.
Monitorların terminaldan idarə olunması
Hər monitora ayrıca modul təyin etmək üçün aşağıdakı addımları izləyin:
- Terminalda İdarəetmə Paneli → Cihazlar → **Displays **tabına daxil olun.
- Terminala qoşulmuş bütün monitorlar siyahıda görünür.
- Hər monitorun yanındakı dropdown menyusundan istədiyiniz modulu seçin.

Hər monitor üçün 3 seçim mövcuddur:
- Sifariş statusu modulu — Sifariş statusu ekranı həmin monitorda göstərilir.
- Müştəri ekranı modulu — müştəriyə yönəlmiş ekran həmin monitorda işləyir.
- Heç biri — monitor aktiv modul olmadan saxlanılır.
Monitorların bölüşdürülməsi
Hər monitora yalnız 1 modul təyin etmək mümkündür. Hər iki modulu eyni anda istifadə etmək üçün ən azı 3 monitor tələb olunur:
- 1-ci monitor — kassir interfeysi
- 2-ci monitor — Sifariş statusu ekranı (OSS)
- 3-cü monitor — Müştəri ekranı
Müştəri Ekranı üçün şəkil ayarları
Arxa panel → Tətbiqlər → Müştəri Ekranı bölməsinə daxil olaraq statusu aktivləşdirin. Aktivləşdirdikdən sonra, çekə daxil olunmadığınız müddətdə, Müştəri Ekranı 5 saniyədən bir dəyişəcək şəkilləri göstərməyə başlayacaq. Bu slayd formatı istəyə uyğun tənzimlənə bilər.
Burada maksimum 5 şəkil əlavə edə bilərsiniz. Əgər şəkil əlavə edilməzsə:
- Terminal ekranına əlavə olunmuş şəkil avtomatik göstərilir.
- Əgər heç bir şəkil əlavə edilməyibsə və terminal ekranında da şəkil mövcud deyilsə, standart olaraq "Clopos" yazısı əks olunur. Bu, ekranın boş görünməsinin qarşısını alır.
Müştəri Ekranının görünüşü
Müştəri ekranında sifarişə dair məlumatlar vizual şəkildə təqdim olunur. Sifariş edilmiş məhsullar, ümumi məbləğ və ödəniş detalları aydın şəkildə əks etdirilir. Əgər loqo əlavə olunubsa, ekranın yuxarı hissəsində görünəcək.
Əlavə olaraq, Clopos Pay modulunu istifadə edənlər üçün ödənişi sürətləndirmək məqsədilə QR kod təqdim olunur. Müştəri bu QR kodu skan edərək ödənişini asanlıqla həyata keçirə bilər.
Yoxlama
Tənzimləmənin doğru aparıldığını aşağıdakı kimi yoxlaya bilərsiniz:
- İdarəetmə Paneli → Cihazlar → Monitorlar bölməsinə yenidən daxil olun və hər monitorun yanında seçdiyiniz modulun düzgün göründüyünü təsdiqləyin.
- Terminalı yenidən başladın və tənzimləmələrin qorunduğuna əmin olun.
- Əgər hər hansı modul monitorda görünmürsə, həmin monitorun dropdown menyusunda düzgün seçimin edilib-edilmədiyini yoxlayın.
Yeniləndi: 18/05/2026
Təşəkkürlər!