Məqalələr: Sual-cavab

Modifikator qrupundakı məhsul niyə silinmir?

Məhsulu silmək istəyəndə xəta ala bilərsiniz, çünki həmin məhsul hər hansı bir modifikator qrupunun daxilində istifadə olunur (məsələn, "əlavə sous", "əlavə pendir" kimi). Belə halda modifikator qrupu hələ də bu məhsula istinad etdiyi üçün məhsul silinmir. Onu yalnız həmin qrupdan çıxardıqdan sonra silmək mümkündür.


Bunu necə həll etmək olar?

Məhsulu modifikator qrupundan çıxarmaq üçün:


  • Silmək istədiyiniz məhsulun üzərinə klik edərək Dəyiş düyməsini seçin.
  • Modifikator bölməsinə keçid edin.
  • Məhsulu modifikator qrupundan çıxarın.
  • Dəyişikliyi təsdiq etmək üçün Saxla düyməsinə klik edin.


Məhsulu qrupdan çıxardıqdan sonra silmək mümkün olacaq. Əgər problem davam edirsə, digər səbəbləri də yoxlayın.


Yeniləndi: 24/06/2026

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!