Məqalələr: Modullar və inteqrasiyalar
Bu məqalə də mövcuddur:

Mətbəx ekranı sistemi (KDS)

KDS — Kitchen Display System, yəni Mətbəx Ekran Sistemi, restoranlarda sifarişlərin mətbəxə daha səmərəli və operativ şəkildə ötürülməsi üçün istifadə olunan müasir rəqəmsal həll sistemidir. POS proqramında qəbul edilən sifarişlər ənənəvi kağız çek formatında çap olunmur, əvəzində birbaşa olaraq mətbəxin ekranına göndərilir. Bu, xüsusilə yüksək sifariş axını olan restoranlarda – məsələn, pizza restoranlarında, fast-food şəbəkələrində və takeaway xidmətlərində – əməliyyatları xeyli sürətlənir və insan səhvlərinin qarşısını alır.

KDS necə işləyir?


Sifariş kassada daxil edildiyi anda sistem avtomatik olaraq həmin məlumatı mətbəx ekranına yönləndirir. Aşpaz və ya mətbəx əməkdaşı bu sifarişi ekrandan oxuyur və hazırlama prosesinə başlayır. Sifariş hazır olduqda isə “Hazırdır” statusu ilə işarələnir və bu bildiriş ofisiant və ya çatdırılma əməkdaşına geri ötürülür.

Bu yanaşma:

  • kağız israfının qarşısını alır,
  • mətbəxdə iş prosesini sistemləşdirir,
  • sifarişlərin unudulması və ya qarışdırılması ehtimalını azaldır,
  • hazırlama vaxtının dəqiq izlənməsinə imkan yaradır.

Clopos.com saytından proqramı yükləyə bilərsiniz. Bunun üçün əməliyyat sisteminizə uyğun olan versiyanı seçərək yükləmə prosesini tamamlayın.



Proqramı yüklədikdən sonra brend üzrə Kitchen Display System (KDS) modulunun aktiv edilməsi lazımdır. Bunun üçün Arxa panel → Tətbiqlər bölməsinə daxil olur və KDS modulunu aktivləşdirirsiniz.




Aktiv etdikdən sonra Terminal → Kontrol panel → Cihazlar bölməsində KDS funksiyasından istifadə edə biləcəksiniz. Mətbəx ekranı proqramını yüklədikdən sonra Kit name (mətbəx ekranının adı) və İstifadə dili təyin edilir.



Bunları təyin etdikdən sonra terminalda konfiqurasiya aparmaq tələb olunur. Konfiqurasiya üçün cihazın IP ünvanını bilməlisiniz. Aşağıdakı şəkillərdə IP ünvanını haradan əldə edəcəyiniz addım-addım göstərilmişdir.


KDS ekranı tənzimləmələri

KDS ekranında “Tənzimləmələr” düyməsinə klik etdikdə bir konfiqurasiya pəncərəsi açılır. Bu pəncərədə mətbəx ekranına aid müxtəlif məlumatları görə və bəzi parametrləri dəyişdirə bilərsiniz.


  • Kit Adı : Mətbəx ekranına təyin etdiyiniz addır. Əgər bir neçə mətbəx ekranınız varsa, onları fərqli adlarla adlandırmaq Terminal → Cihazlar bölməsində KDS ekranlarını asan şəkildə ayırd etməyə imkan verir.
  • **Dil seçimi **: KDS-in hansı dildə işləməsini istəyirsinizsə, uyğun dili seçirsiniz.
  • iP ünvanı : Bu bölmədə cihazın IP ünvanı göstərilir.
  • Əsas terminalın İP-si : Buraya əsas terminalın IP ünvanı yazılır. Əsas məqsəd KDS ekranından məhsul stop-liste əlavə edildikdə, məlumatın heç bir problem olmadan əsas terminala ötürülməsini təmin etməkdir.
  • Bitmiş sifarişləri avtomatik təmizlə : Burada bitmiş sifarişlərin neçə gün sonra avtomatik silinəcəyini müəyyən edirsiniz.
  • Bitmiş sifarişləri təmizlə : Bu düymə vasitəsilə bitmiş sifarişləri manual olaraq siyahıdan silə bilərsiniz.
  • Sifarişin qəbul üsulu : KDS-də sifarişin qəbul olunması üçün iki üsul mövcuddur:
  • Avtomatik qəbul : Sifariş mətbəx ekranına düşən kimi sistem tərəfindən avtomatik qəbul edilir.
  •  Mexaniki (manual) qəbul : Sifariş KDS ekranına düşür və ekran həmin sifarişin neçə saniyə və ya dəqiqədir gözlədiyini göstərir. Aşpaz sifarişi görüb əl ilə qəbul edir.
  • Bildiriş səsi : Sistemə bir neçə bildiriş səsi daxildir. Sifariş daxil olduqda xəbərdar olmaq üçün bu səslərdən birini seçə bilərsiniz.
  • Ləğv səsi : Əgər mətbəxə göndərilmiş sifarişdən imtina olunursa və terminalda məhsul çeki silinərək şöbəyə geri göndərilirsə, KDS-ə ləğv haqqında bildiriş gəlir. Bu səsin tonunu dəyişmək üçün “Ləğv səsi” bölməsindən istifadə edilir.
  • Kart ölçüsü : “Böyük” və “Kiçik” ölçülər mövcuddur. Seçim etdikdən sonra əsas lövhədə kartların ölçüləri buna uyğun şəkildə dəyişir.
  • Çek düzülüşü : İki düzülüş mövcuddur:
  1. Tək sıra: Hər sırada yalnız bir sifariş kartı göstərilir.
  2. İki sıra: Əgər ekranda yer varsa, ikinci sifariş eyni sırada əvvəlkinin altında yerləşdirilir; yer yoxdursa sırada yalnız bir sifariş görünür.
  • Şriftin ölçüsü : KDS-də göstərilən mətnlərin ölçüsünü tənzimləməyə imkan verir.
  • Bildirişləri terminalda göstər : Bu funksiya aktivdirsə, yemək hazır olduqda terminala bildiriş göndərilir. Bu xüsusiyyət həm xidmət sürətini artırır, həm də ofisiant və mətbəx arasında koordinasiyanı yaxşılaşdırır.


  • Yeni sifarişin mövqeyi : Bu parametr yeni gələn sifarişin siyahıya sağdan yoxsa soldan əlavə olunacağını müəyyən edir. Mətbəx axınına uyğun olaraq istədiyiniz istiqaməti seçə bilərsiniz.
  • Sifariş idarəetmə üsulu : KDS-də sifarişlərin mətbəxdə necə qəbul ediləcəyini üç fərqli üsulla tənzimləmək mümkündür:
  1. Tək-tək : Bu üsul seçildikdə çekdəki hər məhsulun qarşısında ayrıca “qəbul et” düyməsi görünür. Aşpaz bütün məhsulları bir-bir qəbul edə bilər.
  2. Toplu : Bu halda məhsulların qarşısında “qəbul et” düyməsi olmur. Sifarişi yalnız **toplu şəkildə qəbul etmək mümkündür. Yəni bütün məhsullar eyni anda qəbul edilir.
  3. Təkli və toplu : Bu üsul hər iki funksiyanı dəstəkləyir. İstəsəniz məhsulları tək-tək, istəsəniz bütün çek üzrə toplu şəkildə qəbul edə bilərsiniz. Ən çevik idarəetmə üsulu hesab olunur.
  • Bildiriş göstərmə üsulu : Terminaldan mətbəxə sifariş göndərilən zaman KDS ekranında sifarişin gəldiyinə dair bildiriş görünür. Bu bildirişi bağlama üsulunu aşağıdakı variantlardan seçə bilərsiniz:
  • Kliklədikdə bağlanır : Bildiriş ekranda açıq qalır və yalnız üzərinə klik etdikdə bağlanır.
  • Bir neçə saniyə sonra bağlanır : Bildiriş təyin etdiyiniz saniyə qədər ekranda qalır və müddət bitdikdən sonra avtomatik bağlanır.
  • Söndür : Bu seçimi aktiv etdikdə ümumiyyətlə bildiriş görünməyəcək; sifariş birbaşa siyahıya düşəcək.


Terminalda KDS konfiqurasiyası üçün Kontrol panel → Cihazlar → Mətbəx ekranı sistemi bölməsinə daxil oluruq. Burada “Printeri test et” düyməsinə klik edərək mətbəx ekranı ilə terminal arasında əlaqənin düzgün qurulub-qurulmadığını yoxlaya bilərsiniz.





Daha sonra bu mətbəx ekranında hansı şöbələrin sifarişlərinin görünməsini istəyirsinizsə, həmin şöbələri siyahıdan seçərək aktiv edirsiniz. Bu şəkildə KDS ekranında yalnız seçdiyiniz şöbələrə aid sifarişlər göstəriləcək.



Printer konfiqurasiyası tamamlandıqdan sonra artıq sifarişləri mətbəx ekranına göndərə bilərsiniz. Məhsulları çeki əlavə edib “Göndər” düyməsinə klik etdikdə, KDS ekranında sifarişin daxil olduğunu göstərən bildiriş görünəcək.



Bildirişin üstündə bir dəfə klikləyirik. Klikləyən zaman sifariş Bütün sifarişlər bölməsində görünür. Burada məhsulları tək-tək və ya hamısını birlikdə qəbul edə bilərsiniz.


Sifarişləri hazırladıqdan sonra “Hazırdır” düyməsinə klik edirsiniz.

İstəyə uyğun olaraq hər bir məhsula ayrıca Bişirilmə vaxtı təyin etmək mümkündür. Təyin etdiyiniz müddət bitdikdən sonra həmin məhsul avtomatik olaraq “Gecikir” bölməsində görünəcək. Bişirmə müddətini aşağıdakı formada təyin edərək mətbəx prosesinin daha səmərəli idarə olunmasını təmin edə bilərsiniz.



Mətbəx ekranının tənzimləmələrində dəyişiklik etmək istədiyiniz halda, aşağıda göstərilən bölməyə daxil olaraq bütün parametrləri yenidən tənzimləyə bilərsiniz.


Stop list

Stop-listin Mətbəx ekranında düzgün şəkildə əks olunması üçün Əsas terminalın IP ünvanı müvafiq bölmədə qeyd edilməlidir. Bu, məlumatların əsas terminaldan KDS-ə problemsiz ötürülməsini təmin edir.


Əks halda, sistemdə bu şəkildə bir xəbərdarlıq bildirişi ilə qarşılaşacaqsınız.


Açılan səhifədən məhsulları stop-listə əlavə edə və ya mövcud stop-listdən çıxara bilərsiniz.







Yeniləndi: 11/12/2025

Bu məqalə faydalı oldu?

Rəyinizi paylaşın

Ləğv et

Təşəkkürlər!